Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Könüllülükdən zirvəyə”

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Forumu giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin əməkdaşı və forumun moderatoru Zəminə Ədilova könüllü fəaliyyətlə bağlı məlumat verib. Gənclər Evinin direktoru Tural Kərimov Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli qazandığımız qələbə münasibətilə forum iştirakçılarına təbriklərini çatdırıb. Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib, əsgərlərimizin tezliklə öz ailələrinə qovuşmasını arzulayıb, könüllü fəaliyyət göstərən və bu sahədə çalışmaq istəyən gənclərimizə  tövsiyələrini bildirib.

Forumda fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, 30 ilə yaxın davam edən, ölkəmizin tərəqqisi və hər birimizin mənəvi həyatında böyük maneə olan Qarabağ münaqişəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həllini tapıb. Şəhidlərimizin əziz xatirəsininin hər zaman qəlbimizdə yaşayacağını qeyd edən icraçı direktor onların keçdiyi 44 günlük qısa, lakin şərəfli yolun  bizim üçün nümunə olacağını vurğulayıb. Natiq  “Könüllülər ili”ndə cəbhəyə könüllü şəkildə yollanan, ərazi bütövlüyümüzü bərpa etmək üçün savaşan əsgərlərimizlə yanaşı, arxa cəbhədə koronavirus pandemiyası ilə mübarizə aparan həkimlərimizə də borclu olduğumuzu diqqətə çatdırıb.

Öz təcrübəsini bölüşən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə könüllü kimi fəaliyyətə başladığı dövrlə müqayisədə bu gün gənclər üçün yeni və daha böyük imkanların olduğunu qeyd edib.

Mingəçevir Gənclər Evinin könüllüsü və İkinci Qarabağ müharibəsində könüllü şəkildə iştirak edən qazimiz Tural Şükürov və əsgərlərimizlə ön cəbhədə birlikdə addımlayan könüllü hərbi həkim Aynurə Hidayətqızı müharibə ilə bağlı təəssüratlarını bölüşüblər.

“Turizm Könüllüləri” təşkilatının rəhbəri Hüseyn Məmmədov könüllü fəaliyyətin təşkili ilə bağlı məsələlərə toxunub və deyib ki, Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi rolu olan şəhidlərimizin xatirəsini yaşatmaq başlıca hədəflərimizdəndir.

Mingəçevir Gənclər Evinin keçmiş əməkdaşı, Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəşad Qurbanov könüllü fəaliyyətin təbliği və təşviqi istiqamətində tətbiq edilən yeniliklərə diqqət çəkib.

 

Şərhlər bağlıdır.