Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboyda qadın aldığı güllə yarasından ölüb

Goranboyda 37 yaşlı qadın öldürülüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goran Dəmiryolu stansiyasının yaxınlığında baş verib.

1983-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Gülbuta İmanova sinəsindən aldığı güllə yarasından keçinib. İlkin məlumata görə, hadisə ailənin keçmiş yaxın dostlarından biri tərəfindən törədilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Şərhlər bağlıdır.