Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Heydər Əliyev Azərbaycan xalqının sərvətidir

Bərdə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyev irsinin təbliğ edilməsi, Heydər Əliyevin zəngin həyat və fəaliyyətini yetişməkdə olan gənc nəsillərə çatırılması məqsədilə respublikanın şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə “Xoş xatirələr” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, regional idarənin şəhər və rayon üzrə nümayəndələri, Heydər Əliyev Mərkəzlərinin direktor və könüllüləri, gənc mədəniyyət işçiləri, Ulu Öndər Heydər Əliyevi görmüş, onunla bağlı xatirələri olan ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
Videokonfransı giriş sözü ilə açan regional idarənin rəisi İlyas Hacıyev əvvəlcə videokonfrans iştirakçılarını salamlayıb. O, Ulu Öndərin həyat və fəliyyətindən bəhs edib. Bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir: “O, Azərbaycan tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür”.
Regional idarənin rəisi Ulu Öndər Heydər Əliyevin Bərdəyə səfərindən və xatirələrindən söz açaraq bildirib ki, Heydər Əliyevin hər sözü, hər çıxışı vətənpərvərlik nümunəsi, millətinə, dövlətinə bağlılıq, sədaqət və rəğbət göstəricisidir. Gənclərimizin də bu ruhda tərbiyə alınmasının önəmini diqqətə çatdırıb.
İlyas Hacıyev vurğulayıb ki, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində yeni şanlı səhifələr yazılacaq, daha yüksək zirvələr fəth ediləcək.
Daha sonra Samux, Şəki, Ağdam, Yardımlı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Şamaxı və digər Heydər Əliyev Mərkəzlərinin əməkdaşları və həmin şəhər və rayonlarda yaşayan, Ulu Öndər Heydər Əliyevlə xatirələri olan insanlar çıxış edərək, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Bu çıxışlar gənclər tərəfindən böyük maraqla qarşılanıb. Onlar bildiriblər ki, belə tədbirlər Heydər Əliyev şəxsiyyətini daha yaxından tanımağa və bu cür tarixi şəxsiyyətimizlə bir daha qürur duymağımıza səbəb olur.

Şərhlər bağlıdır.