Hadisə
“Opel” markalı minik maşını 8 saylı marşrutun avtobusuna çırpılıb
Avtobusda sərnişinlər olmasa da, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb
Dünən axşam saatlarında Mingəçevir şəhərinin Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib. “Opel” markalı minik maşını dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xəttinin avtobusuna çırpılıb. İlkin məlumata görə, avtobusda sərnişinlər olmasa da, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı minik maşınının 55 yaşlı sürücüsü Məmmədov Vəli Əziz oğlunun ciddi xəsarət aldığı məlum olub. Faktla bağlı araşdırma aparılır.