Cəmiyyət

“Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” fəaliyyətə başlayır

15-29 yaşlı gənclər 23 yanvar 2020-ci ilədək qeydiyyat linkinə daxil olub, anket formasını təqdim etməklə müraciət edə bilərlər

Dəyərli gənclər!

“Könüllülər ili” ilə əlaqədar olaraq Mingəçevir Gənclər Evi sizin fərdi inkişafınıza töhvə verəcək növbəti proqramın icrasına başlayır. “Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” adlanan proqramın təşkilində əsas məqsəd gənclərin peşə və karyera seçimi zamanı qarşılaşdıqları problemlərin həllində onlara kömək etmək, öz sahəsində uğur qazanan şəxslərlə iştirakçıların görüşünü təşkil etməklə, gənclərə stimul verməkdir.

Belə ki, layihə çərçivəsində keçiriləcək görüşlərdə müxtəlif sahələrdə çalışan şəxslər öz liderlik və rəhbərlik təcrübələri ilə bağlı iştirakçılara məlumat verəcək, onların suallarını cavablandıracaqlar.

“Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi”ndə iştirak etməklə, Siz aşağıdakı imkanlardan istifadə edə bilərsiniz:

  • karyera inkişafı üçün lazım olan məlumatlara yiyələnmək;
  • şəxsi inkişafınızla bağlı analiz etmə bacarığınızı formalaşdırmaq;
  • şəxsi inkişaf yolunuzu aydınlaşdıra bilmək;
  • peşə və karyera ilə bağlı ehtiyaclarınızı müəyyənləşdirmək;
  • fərdi xüsusiyyətlərin peşə və karyera seçimində rolu ilə bağlı məlumat əldə etmək;
  • peşə və karyera seçimi zamanı fərdi xüsusiyyətlərinizdən istifadə etməyi öyrənmək.

Görüşlərin başlıca tezisləri:

  • gənclərin peşə seçiminə dəstək;
  • perspektiv iş və ixtisaslarla bağlı məlumatlandırma;
  • davamlı təhsilin vacibliyi;
  • peşə təhsilinin və qeyri-formal təhsilin üstünlükləri;
  • təcrübə mübadiləsinin zəruriliyi;
  • komanda işinin təşkili.

Layihənin yaş həddi: 15-29 yaş
Qeydiyyat linki: https://forms.gle/88egbwUTnz31NCJ98
Müraciət üçün son tarix: 23 yanvar 2020-ci il

Qeyd: Seçilmiş namizədlərlə əlaqə saxlanılaraq görüşlər barədə məlumat veriləcək.

Tag
Daha çox

Oxşar yazılar

Close