Gənclər arasında mütaliə vərdişlərini gücləndirmək üçün
Açılışda çıxış edən layihə rəhbəri Türkan Əkbərova “Hilal Book cafe” haqqında qonaqlara məlumat verərək, sözügedən layihənin region üçün əhəmiyyətindən bəhs edib: “Bu biznesin əsas məqsədi Sosial Sahibkarlığın təməl prinsiplərini əsas götürərək, Mingəçevirdə yaşayan gənclər arasında mütaliə vərdişlərini gücləndirməkdir. Biz gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək üçün mütəmadi intellektual oyunlar, debatlar, yazıçılar və ictimai xadimlərlə görüşlər təşkil edəcəyik”.
Qeyd edək ki, “Hilal Book cafe” layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi, “Education HUB”-ın təşkilatçılığı ilə həyata keçirilən “Sosial Sahibkarlıq Laboratoriyası” proqramı çərçivəsində baş tutub.
Şərhlər bağlıdır.