Azərbaycan

Gözdən əlil idmançımız Avropa çempionatının finalında – FOTO

Para-karate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib. 

Oxu.Az xəbər verir ki, gözdən zəif idmançılar arasında üç idmançıdan ibarət qrupda Moldova və Rusiyadan olan rəqiblərini qabaqlayan S.Əhədov 39.94 xalla qrup lideri olub. 

30 martda həlledici görüşdə karateçimizin rəqibi Zviadi Vasadze (Gürcüstan) olacaq.

Qeyd edək ki, bundan başqa, İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandamız bürünc medal uğrunda Rusiya yığması ilə mübarizə aparacaq. Kişilər və qadınlardan ibarət kumite millilərimiz isə müvafiq olaraq Ukrayna və İngiltərə yığmalarına uduzaraq mübarizəni dayandırıb.

Səbuhi MUSAYEV

Источник: oxu.az

Daha çox

Oxşar yazılar

Close