Gənclər arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbirlər keçirib
Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi və Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə gülqoyma mərasimi və dəyirmi masa ətrafında görüş təşkil edilib.
Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyan əməkdaş və gənclər daha sonra dəyirmi masa ətrafında milli qurtuluşdan başlanan yolda əldə edilən uğurlarımızla bağlı fikir mübadiləsi aparıb. Ən çətin anlarda xalqının yanında olan və xalqına arxalanan Ulu Öndərin ölkəmizi düşdüyü daha bir çətin vəziyyətdən çıxararaq bugünkü inkişafımızın təməlini qoyduğundan danışan gənclər müasir Azərbaycanın işıqlı sabahı üçün əzmlə çalışdıqlarını bildirib.
Daha sonra gənclər arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib. Yarışda ölkəmizin tarixi, milli-mənəvi dəyərlərimiz, ədəbiyyat, incəsənət, Milli Qurtuluş Günü ilə bağlı suallar səsləndirilib. Yarışda daha çox suala doğru cavab verən “VERT” komandası I, “Che” komandası II, “13-cü legion” komandası isə III yerin sahibi olub.
Şərhlər bağlıdır.