Mi-TVSiyasətVideo

Azərbaycan – Iberoamerika Düşüncə Mərkəzinin sədri İspaniyada Azərbaycan həqiqətlərini açıqlayır

Mahir Qurbanovun Qarabağla bağlı müsahibəsindən sonra "Tendencia y Belleza" saytı məsələ ilə əlaqədər Ermənistanın Madriddəki səfirliyi ilə əlaqə saxlayaraq onların mövqeyini soruşub

Azərbaycan – Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov İspaniyanın tanınmış “tendenciaybelleza.com” xəbər səhifəsinə müsahibəsində vurğulayıb ki, “Azərbaycan və İspaniya arasında ticarət və əməkdaşlıq potensialı böyükdür”:
“Azərbaycan İspaniya Krallığı ilə münasibətlərə və əməkdaşlığa fayda verən hərtərəfli qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan İspaniyanı dünyanın ən inkişaf etmiş və qabaqcıl ölkələrindən biri olmaqla yanaşı, iqtisadiyyatı və sosial inkişafının iddialı vəzifələrinin həyata keçirilməsində, Avropa Birliyi və digər beynəlxalq təşkilatlarla əlaqələrinin və əməkdaşlığının gücləndirilməsində mühüm potensial tərəfdaş kimi qəbul edir.
İspaniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi. Azərbaycan İspaniya ilə diplomatik münasibətlərini 1992-ci ildə qurdu.
Hazırda İspaniya şirkətləri nəqliyyat və infrastruktur, lojistik, İKT, kənd təsərrüfatı və qida, maliyyə, kimya və neft-kimya sektoru və turizm sektoru kimi sahələrin inkişafında iştirak edirlər”.
Dağlıq Qarabağla bağlı suala cavabında isə Mahir Qurbanov bildirib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Qarabağ tarixi Azərbaycan torpağıdır: “”Bütün təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və mövqeyimizi qoruyur. İkinci Qarabağ müharibəsinin bu döyüşləri göstərdi ki, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir. Nikol Paşinyan isə öz məğlubiyyətilə barışdı”.
Mahir Qurbanov indiyə kimi əksər ispandilli kütləvi informasiya vasitələrində Qarabağla bağlı çıxışlar edib.
Onun Qarabağla bağlı həqiqətləri açıqlamasından sonra “Tendencia y Belleza” saytı məsələ ilə əlaqədər Ermənistanın Madriddəki səfirliyi ilə əlaqə saxlayaraq onların mövqeyini soruşub. Ancaq səfirlik bu suala yaxın zamanda cavab verəcəyini söyləyib.
Mahir Qurbanov Barselona Universitetinin Hüquq fakültəsində siyasi təhlil və beynəlxalq məsləhətlər üzrə magistr dərəcəsi almaq üçün bir müddət İspaniyada yaşayıb. O, ispan və katalon dillərində səlis danışır.

Daha çox

Oxşar yazılar

Close