Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Finalın qalibləri mükafatlandırılıb

Şəhər Gənclər və İdman İdarəsi və mənzil istismar sahələri yay tətili günlərində idmanın müxtəlif növləri üzrə məhəllələrarası birincilik yarışları təşkil edib. Bura yeniyetmə və gənclər, xüsusən qızlar, eyni zamanda yaşlılar arasında keçirilən futbol və dama, nərd, şahmat və voleybol oyunları daxildir.

Avqustun 22-də Şahmat məktəbinin həyətində dama və furbol üzrə final yarışları baş tutub. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərimizdə yaradılan nümunəvi məhəllələrdə müxtəlif yaşda olan insanlara asudə vaxtlarını səmərəli keçirmək üçün şərait yaradılmasından, xüsusən həyətlərdə idman qurğuları, mini futbol meydançaları qurulmasından danışıb. Başçı kütləviliyə nail olmaq üçün belə tədbirlərin mütəmadi təşkil olunmasını  tövsiyə edib.

Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli bildirib ki, belə tədbirlər gənclər arasında idmana marağı artırır.

Sonda dama və futbol yarışının qaliblərinə diplom və qiymətli hədiyyələr verilib.

Şərhlər bağlıdır.