Bizimlə həyatınız həmişə işıqlı olacaq!

70 yaşlı velosipedçi 4 min km yol qət edib

260

APA-nın Mingəçevir bürosunun nümayəndəsi Ehtiram Muradov məlumat verir ki, velosiped həvəskarı olan 70 yaşlı şəhər sakini Abid İsmayılov səyahətini başa vuraraq geri dönüb. Onu dostları, media nümayəndələri və idman həvəskarları qarşılayıb.

Bir neçə ildir ki, dünyanın müxtəlif ölkələrinə fərqli marşrutlarla velosiped turu təşkil edən təqaüddə olan müəllim bu dəfə 4 min kilometr məsafə qət edib.

O, 93 gün ərzində Rusiya, Ukrayna və Gürcüstan ərazilərini dolaşıb.

Şərhlər bağlıdır.