Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Ətraf mühitin keşiyində”

Region gənclərinin iştitakı ilə ekocamp layihəsi çərçivəsində seminar təşkil edilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Ətraf mühitin keşiyində” region gənclərinin iştitakı ilə ekocamp” layihəsini həyata keçirir. Məqsəd ətraf mühitin qorunmasında yeniyetmə və gənclərin biliklərini və məsuliyyətini artırmaqdır.

Layihə çərçivəsində 14-16 fevral 2024- cü ildə Beyləqan, Füzuli və  Tərtər rayonlarında  gənclərn iştirakı ilə ətraf mühit, yaşıl dünya və ekoloji problemlər mövzusunda  seminar təşkil edilib. Ətraf mühitin qorunması istiqamətində  fəaliyyətlərə dəstək məqsədilə keçirilən seminar interaktiv formada keçirilib.

Seminarlarda rayon icra hakimiyyəti və ETSN-nin 9 saylı Ekologiya və  Təbii Sərvətlər İdarəsinin nümayəndələri, gənclər və idman sektorlarının əməkdaşları iştirak ediblər. Onlar həyata keçirilən tədbirin əhəmiyyətindən danışıb, mövzu ətrafında maraqlı müzakirələr aparıblar.

Seminarda layihə rəhbəri Zaur Quliyev təqdimat edib. O,  20 nəfər yeniyetmə və gəncin iştirakı ilə füsunkar təbiətə malik Göygöl rayonunda 23-25 fevral 2024- cü ildə  həyata keçiriləcək düşərgə haqqında fikirlərini bölüşüb. Bildirib ki, bu düşərgə yeniyetmə və gənclərin qış tətilini səmərəli təşkil etmək,  yaşadıqları bölgənin təmizliyi və ətraf mühitin qirunması üçün məsuliyyətli olmağa həvəsləndirmək, onlara ekoloji biliklər vermək məqsədi daşıyır:  “Düşərgədə bütün fəaliyyətlər təmiz ekologiya, tullantısız ətraf mühit və sağlam həyat tərzi istiqamətində aparılacaq. Təlimlərdə biomüxtəliflik,  “Azərbaycanın təbiətini kəşf edək!”, “Ətraf mühitin qorunmasında vətəndaş məsuliyyəti”, “Tullantısız ətraf mühit və sağlam həyat tərzi”, “Gənclərin vəhşi təbiətdə düzgün davranışı”, “Ətraf mühitə ziyan vermədən düzgün istirahətin təşviqi”, “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və  sessiyanın Azərbaycanda keçirilməsinin əhəmiyyəti”, “Ətraf mühitin qorunması istiqamətində  gələcək fəaliyyətlər” əsas  müzakirə mövzusu olacaq”.

Bölgələrdəki seminarlar diskussiya şəraitində keçib və xatirə fotosu çəkilməsi ilə yekunlaşıb.

Layihə prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə dəstək xarakteri daşıyır.

Şərhlər bağlıdır.