Bizimlə həyatınız həmişə işıqlı olacaq!

BQXK AZƏRBAYCANDA

Əsas fəaliyyətlər 2023

BQXK, münaqişənin təsirinə məruz qalmış icmaların üzləşdikləri çətinlikləri azaltmaq məqsədilə  1992-ci ildən etibarən regionda fəaliyyət göstərir. 2023-cü il ərzində silahlarla çirklənmə ilə bağlı maarifləndirmə işləri, münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması  istiqamətində aidiyyəti hakimiyyət orqanlarına dəstək, humanitar müdafiə və münaqişənin təsirinə  məruz qalmış icmaların dolanışığına dəstək göstərilməsi kimi fərqli fəaliyyətlər həyata keçirilib.  Müxtəlif dövlət qurumları və Hərəkatdaxili tərəfdaşlarla sıx əməkdaşlıq mövcud olub. Biz, 2023-cü il ərzində Qarabağda olan insanlara da yardım və dəstək göstərməyə davam etmişik.  19-20 sentyabr əməliyyatlarından sonra öz fəaliyyətlərimizi müvəqqəti olaraq genişləndirmiş,  humanitar ehtiyaclara cavab verə bilmək üçün müxtəlif mütəxəssislərimizi, o cümlədən humanitar  müdafiə, səhiyyə, məhkəmə-tibbi ekspertizası və silahlarla çirklənmiş ərazilərdə işlə bağlı ekspertlərimizi əraziyə göndərmişdik.

ÖNƏ ÇIXAN MƏQAMLAR

RİSKLƏRƏ DAİR MAARİFLƏNDİRMƏ VƏ TƏHLÜKƏSİZ DAVRANIŞ

13,369 nəfər, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə birgə keçirilmiş risk və təhlükəsiz davranış sessiyalarında iştirak edərək mina riskləri və silahlarla çirklənmə barəsində biliyini artırmışdır. Sessiyalar zamanı mövzuya dair 8,000 məlumatlandırma materialı, o cümlədən posterlər, broşurlar və iş kitabçaları paylanılıb.

1,500 mina xəbərdarlığı nişanı minalanmış ərazilərin işarələnməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) ianə edilib. Minalar və partlayıcı sursatlarla çirklənmiş ərazilərdə 50 məlumat lövhəsi quraşdırılıb. ANAMA tərəfindən aparılan tədqiqat, risklərin qiymətləndirilməsi və təsirlərinin azaldırlması tədbirlərinə dəstək məqsədilə 30 planşet ianə edilib.

47 ANAMA əməkdaşı insan qalıqları ilə işin aparılmasıyla bağlı bilik və bacarıqlarını artırmaq məqsədilə Füzuli, Ağdam və Tərtər rayonlarında məhkəmə ekspertizası təlimlərində iştirak edib. Minatəmizləmə əməliyyatları zamanı baş verə biləcək  fövqəladə vəziyyətlərdə cavab tədbirləri görə bilmək üçün bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə 31 paramedik ilk  yardım təlimlərində iştirak edib.

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 50-dən çox əməkdaşı Bakı və Naxçıvan şəhərlərində Beynəlxalq Mina Fəaliyyəti Standartları mövzusunda təşkil edilmiş iki günlük seminarlarda iştirak edib. Sözügedən seminarların əsas mövzusu mina qurbanlarına yardım idi.

Müdafiə Nazirliyinin 37 tibb heyəti və mühəndis-istehkamçısı Bakıda təşkil olunmuş “Partlayış Travmaları zamanı yardım”  kursunda iştirak edib. Kursun məqsədi minalar və müharibənin partlayıcı qalıqlarının (MPQ) təmizlənməsi  əməliyyatlarında tibbi yardım və ilk yardımın göstərilməsinə məsul tibbi və qeyri-tibbi heyətin bilik və bacarıqlarını artırmaqdır.

İQTİSADİ TƏHLÜKƏSİZLİK

3,474 şəxs kartofçuluq layihəsindən bəhrələnib. Layihənin məqsədi münaqişənin təsir etdiyi ərazilərdə yaşayan şəxslərə yüksək keyfiyyətli toxum verməklə onların məhsul istehsalının artırılmasına dəstək göstərməkdir.

2,327 şəxs bağbançılıq layihəsindən bəhrələnib. Layihə çərçivəsində iştirakçılara gündəlik qida məhsullarının yetişdirilməsində yardımçı olacaq müxtəlif vasitələr və toxum paylanılıb.

1,576 şəxs arıçılıq layihəsindən, 720 şəxs isə quşçuluğa dəstək layihəsindən faydalanıb.

1,456 şəxs, o cümlədən mina qurbanları və Yaxın Şərqdən geri gətirilmiş uşaqların ailələri öz ehtiyaclarını qarşılaya bilmək üçün maddi dəstək alıb.

226 nəfərin dolanışıq şəraiti mikro-iqtisadi təşəbbüslər və günəmuzd iş layihələri sayəsində yaxşılaşıb.

SƏHİYYƏ

5,202 şəxs BQXK tərəfindən təmir edilmiş tibb məntəqələrində müalicə məqsədli konsultasiyalardan və müntəzəm vaksinasiya  tədbirlərindən faydalanıb.

1,558 şəxs (münaqişənin təsirinə məruz qalmış 8 icmada) tibbi məntəqələrinə Yaralılara Yardım dəstinin və digər tibbi ləvazimatların ianəsindən faydalanıb.

Təqribən 1,000 xəstə və yaralı Ermənistana təxliyə edilib. Eyni zamanda, mütəmadi olaraq uşaq qidası, ərzaq və Qarabağda yerləşən səhiyyə qurumları üçün dərman ləvazimatları təmin etmişik.

260 şəxs, o cümlədən Təcili yardım xidmətinin əməkdaşları, tələbələr, məktəb və bağça işçiləri ilk yardım təlimlərindən faydalanıb.

102 şəxs, o cümlədən mina partlayışından sonra həyatda qalanlar, itkin düşmüş şəxslərin ailə üzvləri, Orta Şərqdən repatriasiya  edilmiş şəxslər və münaqişənin təsirinə məruz qalmış digər şəxslər, sağlamlıq ehtiyaclarını qarşılamaq üçün maliyyə yardımı alıb.

21 tibb işçisi “Təməl təxirəsalınmaz və təcili yardım” təlimində iştirak edib. 6 tibb işçisi isə “Təməl təxirəsalınmaz və təcili yardım” üzrə təlimçilərin təlimində iştirak edib.

12 tibb işçisi TƏBİB və Qazi Universiteti ilə əməkdaşlıq şəraitində ilkin səhiyyə xidməti mövzusunda keçirilmiş təlimdən faydalanıb.

AİLƏ ƏLAQƏLƏRİNİN BƏRPASI

648 şəxs, o cümlədən ixtisaslaşmış səhiyyə mərkəzlərinin pasiyentləri, öz istəkləri əsasında aidiyyəti qərar vermə səlahiyyətli şəxslərlə əməkdaşlıq şəraitində Qarabağdan Ermənistana və ya əksinə istiqamətdə təxliyə edilib. 2023-cü il dekabr ayının sonunadək 150-dən çox video və telefon zəngi vasitəsilə Qarabağda olan 20 şəxs Ermənistan və digər ölkələrdə yaşayan ailə üzvləri ilə əlaqə saxlayıblar.

21 Qızıl Xaç Məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılmışdır.

Repatriasiya edilmiş bir neçə uşaqların həssas təbəqəyə aid ailələrinə maliyyə yardımı göstərilib, bunun sayəsində onlar sənədləşmə ilə bağlı məsələlərini həll edə bilib.

ƏQLİ SAĞLAMLIQ VƏ PSİXOSOSİAL DƏSTƏK

2,602 fərdi psixoloji dəstək sessiyası BQXK-nın psixoloqları və BQXK-nın təlim keçdiyi və superviziyasını apardığı psixi sağlamlıq sahəsindəki peşəkarlar tərəfindən 221 uşaq və böyük şəxsə yardım məqsədilə həyata keçirilib.

301 uşaq (6-12 yaş) “Mənim haqqımda kitab” əsasında keçirilən 182 psixososial dəstək fəaliyyətindən yararlanıb. Psixososial dəstək müdaxiləsi BQXK və AzQAC-ın birgə təlim keçdiyi və superviziya etdiyi AzQAC könüllüləri tərəfindən aparılıb.

147 şəxs, o cümlədən psixoloqlar, sosial işçilər, məktəb heyəti və AzQAC könüllüləri, zorakılığın psixi sağlamlığa təsirinə həssaslıq mövzusunda 22 təlimdən yararlanıb, psixi sağlamlıq və psixososial dəstək (PSPSD) müdaxilələri onların təsirə məruz qalmış şəxslərə dəstək göstərmək bacarıqlarına uyğunlaşdırılıb.

Zorakılığın təsirinə məruz qalmış insanlarla (repatriasiya edilmiş uşaqlar və qadınlar, mina parlayışından sonra həyatda qalanlar və mina qurbanlarının ailələri) işləyən PSPSD sahəsində çalışan 56 peşəkar üçün 131 superviziya sessiyası təşkil edilib.

28 müşayiətçi multidisiplinar təlimlərin bir hissəsi olaraq təşkil edilən “Xüsusi anlarda psixososial dəstək” mövzusuna dair iki 1 günlük seminardan faydalanıb.

MÜNAQİŞƏ İLƏ BAĞLI İTKİN DÜŞMÜŞ ŞƏXSLƏR

2,356 itkin ailəsi ilə müşayiətçilər əlaqə saxlayıb. Onlardan 129-na təməl psixososial dəstək göstərilib.

İtkin düşmüş şəxslərin 900 ailə üzvü 25 anım mərasimində iştirak edib. İtkin düşmüş şəxslərin 60 ailə üzvü İtkin düşmüş şəxslərə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

160 ailə maliyyə dəstəyi və tibbi yardımdan yararlanıb.

160 şəxs, BQXK-nın məhkəmə ekspertizası komandası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilmiş “Məhkəmə arxeologiyası və antropologiyası” mövzusuna həsr olunmuş I beynəlxalq konfransda iştirak edib. Konfransa Argentina, Türkiyə,

İsveçrə və Azərbaycandan olan məruzəçilər öz təcrübələrini bölüşdülər.

100-dən çox şəxs, kimlər ki, itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsi istiqamətində çalışan aidiyyəti qurumları təmsil edirlər, BQXK-nın fərqli mövzularda təşkil etdiyi təlimlərdən yararlanıb. 13 jurnalist “Humanitar məhkəmə ekspertizası fəaliyyətlərində medianın rolu” mövzusunda seminarda iştirak edib. Seminarın məqsədi bu mövzu barədə xəbərlərin hazırlanması zamanı jurnalistlərin bilik və bacarıqlarını artırmaq idi.

30 müşayiətçi itkin düşmüş şəxslərlə bağlı məsələlər və onların ailə üzvlərinə dəstək barəsində biliklərini möhkəmləndirmək məqsədilə onlara uyğunlaşdırılmış və hər rübdə keçirilən dörd 2 günlük təlimdə iştirak edib.

24 şəxs, kimlər ki, ekshumasiya və eyniləşdirmə prosesində iştirak edən qurumları təmsil edirlər, BQXK-nın dəstəyilə xaricdə keçirilən müvafiq konfranslarda və təlimlərdə iştirak edib.

BQXK, aidiyyəti dövlət qurumlarına itkin düşmüş şəxslərin ailələrinə cavabların verilməsində dəstək göstərmək məqsədilə 3 rayonda aparılmış ekshumasiya layihələrinə texniki təcrübə və tövsiyələrini bölüşməklə həmçinin fərqli ləvazimatların ianəsi vasitəsilə dəstək göstərmişdir. Ərazilərdə aparılmış işlər əsasında tövsiyələr müzakirə edilib və aidiyyəti qurumlarla bölüşülüb.

TƏHSİL PROQRAMI

3,345 məktəbli (münaqişənin təsirinə məruz qalmış 9 icmada) məktəb və idman ləvazimatlarının ianəsindən faydalanıb.

2,201 məktəbli (münaqişənin təsirinə məruz qalmış 6 icmada) AzQAC ilə əməkdaşlıq şəraitində həyata keçirilmiş “Gənclərin iştirakçılığı” layihələrindən yararlanıb.

1,144 məktəbli (münaqişənin təsirinə məruz qalmış 3 icmada) AzQAC ilə əməkdaşlıq şəraitində həyata keçirilmiş “Fəlakət risklərinin azaldılması” təlimindən faydalanıb.

İraq və Suriyadan repatriasiya edilmiş uşaqların ailələri daxil olmaqla, həssas təbəqəyə aid ailələrdən 138 uşaq formal və ya alternativ təhsilin davamlılığı üçün dəstək alıb.

12 icmada yerləşən uşaq bağçalarının 33 tərbiyəçisi “Uşaqların müdafiəsi və erkən uşaq inkişafı” mövzusunda biliklərin təkrarı və yeni modullara dair təlimdən yararlanıb.

128 AzQAC könüllüsü Qızıl Xaç və Qızıl Aypara Hərəkatı və AzQAC barəsində təməl biliklər əldə edib.

110 könüllü “Minimal Humanitar Müdafiə Yanaşması” və “Ailə əlaqələrinin bərpası” mövzularına həsr olunmuş sessiyalarda öz biliklərini artırıb.

98 könüllü ilk yardım sahəsindəki bilik və bacarıqlarını artırıb, eləcə də 81 ilk yardım postu təşkil edilib.

AzQAC könüllüləri münaqişənin təsirinə məruz qalmış icmalarda və məktəblərdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı barəsində 78 məlumatlandırma sessiyası aparıb.

76 könüllü “Risklər və Təhlükəsiz davranış” mövzusunda Təlimçilərin Təlimində iştirak edib.

63 könüllü “Yardım”, “Kommunikasiya və BHH-nin əsasları”, “Fəlakət risklərinin azaldılması” mövzularına həsr edilmiş fərqli təlimlər vasitəsilə bilik və bacarıqlarını artırıb.

24 AzQAC könüllüsü zorakılığın təsirinə məruz qalmış insanlar üçün psixososial dəstək fəaliyyətlərini həyata keçirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə 4 təlimdə iştirak edib.

18 AzQAC könüllüsü stresin idarə edilməsi, liderlik, münaqişələrin həlli, təməl informasiya texnologiyaları (İT) bacarıqları kimi sahələrdə öz biliklərini təkmilləşdirib.

8 AzQAC əməkdaşı və 17 könüllü BQXK-nın dəstəyi sayəsində ingilis dili kurslarına başlayıb.

AzQAC-ın 8 rayon bölməsinə ilk yardım materialları, İT avadanlığı və ofis ləvazimatları verilib.

AzQAC İLƏ ƏMƏKDAŞLIQ

128 AzQAC könüllüsü Qızıl Xaç və Qızıl Aypara Hərəkatı və AzQAC barəsində təməl biliklər əldə edib.

110 könüllü “Minimal Humanitar Müdafiə Yanaşması” və “Ailə əlaqələrinin bərpası” mövzularına həsr olunmuş sessiyalarda öz biliklərini artırıb.

98 könüllü ilk yardım sahəsindəki bilik və bacarıqlarını artırıb, eləcə də 81 ilk yardım postu təşkil edilib.

AzQAC könüllüləri münaqişənin təsirinə məruz qalmış icmalarda və məktəblərdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı barəsində 78 məlumatlandırma sessiyası aparıb.

76 könüllü “Risklər və Təhlükəsiz davranış” mövzusunda Təlimçilərin Təlimində iştirak edib.

63 könüllü “Yardım”, “Kommunikasiya və BHH-nin əsasları”, “Fəlakət risklərinin azaldılması” mövzularına həsr edilmiş fərqli təlimlər vasitəsilə bilik və bacarıqlarını artırıb.

24 AzQAC könüllüsü zorakılığın təsirinə məruz qalmış insanlar üçün psixososial dəstək fəaliyyətlərini həyata keçirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə 4 təlimdə iştirak edib.

18 AzQAC könüllüsü stresin idarə edilməsi, liderlik, münaqişələrin həlli, təməl informasiya texnologiyaları (İT) bacarıqları kimi sahələrdə öz biliklərini təkmilləşdirib.

8 AzQAC əməkdaşı və 17 könüllü BQXK-nın dəstəyi sayəsində ingilis dili kurslarına başlayıb.

AzQAC-ın 8 rayon bölməsinə ilk yardım materialları, İT avadanlığı və ofis ləvazimatları verilib

BEYNƏLXALQ HUMANİTAR HÜQUQ VƏ BQXK-NIN MANDATININ TƏBLİĞİ

930 Müdafiə Nazirliyi zabiti və kursantı beynəlxalq humanitar hüquq (BHH) mövzusuna həsr olunmuş seminarlarda iştirak edib.

384 hüquqşünas, dövlət qurumlarının nümayəndəsi və AzQAC könüllüsü BHH mövzusunda keçirilmiş sessiyalar və təlimlərdə iştirak edib.

Müdafiə Nazirliyinin təhsil müəssisələrinin 66 təlimatçısı “BHH təlimatçılarının təlimində” iştirak edib.

137 tələbə tanışlıq səfərləri, simulyasiya məhkəməsi, tədqiqat layihələri və qonaq mühazirələri daxil olmaqla, BQXK-nın təşkil etdiyi dərsdənkənar məşğələlərdən faydalanıb.

44 jurnalist BQXK-nın mandatı və Azərbaycanda həyata keçirdiyi fəaliyyətləri haqqında məlumatlandırma sessiyalarında iştirak edib.

SAXLANMA YERLƏRİNDƏ FƏALİYYƏTLƏR

80 başçəkmə (19 saxlanma məntəqəsində) məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün həyata keçirilmişdir.

Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə onların ailə üzvləri arasında 1,600, Ermənistanda saxlanılan Azərbaycan vətəndaşları ilə onların ailə üzvləri arasında isə 40 şifahi, yazılı və video mesajlar ötürülüb, və telefon zəngləri baş tutub.

6,000-dən çox saxlanılan şəxs yay və qış paltarları, alt paltarları, ayaqqabılar, gigiyenik bağlamalar, kitablar, idman ləvazimatları və s. daxil olmaqla fərqli malların ianəsindən faydalanıb.

 

Beynəlxalq Qızıl Xaç Komitəsi

Azərbaycan Nümayəndəliyi

Fətəlixan Xoyski pr. 75, AZ1110, Bakı, Azərbaycan

T +99412 465 63 34/35

F +99412 465 65 19

facebook.com/ICRCAze

twitter.com/ICRCAze

youtube.com/@ICRCAze

E-mail: baku@icrc.org

 barda@icrc.org

 khankendi@icrc.org

www.icrc.org

 

Şərhlər bağlıdır.