Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xobbisi ilə ad çıxaran adam

Futbol fanatı olmaq oyunları izləyib çılğınlıq etməklə yekunlaşmır. Elə həvəskarlarda var ki,illərdir keçirilən matçların biletini toplayır. Yeniavaz.com xəbər verir ki, Goranboyda yaşayan Mehdi Səfərov maraqlı xobbisi ilə diqqət çəkir. 32 yaşlı rayon sakini 150-dən artıq futbol bileti, 300-ə yaxın müxtəlif idman qəzetlərini toplayıb. Kolleksiyaçı iştirak etdiyi oyunlarla yanaşı, xaricdə keçirilən milli komanda və müxtəlif klublarımızın biletlərini də əldə edə bilib. Mehdi Səfərovun kolleksiyasını “Mançester Yunayted”, “Borusiya Dormund” və bir sıra bahalı çempionatların biletləri bəziyir. Mehdi Səfərov bizə bildirdi ki, bilet toplamağa hələ 12 il öncə tələbə olarkən Gəncədə gerçəkləşən “Xəzər Lənkəran” “Neftçi” (qızıl oyun) matçından sonra başlayıb. “Qarabağ”,”Qəbələ” klublarının avroliqada uğurlu çıxışları isə həm Mehdini sevindirib, həm də kolleksiyasını zəngiləşdirib. Oyunlardan sonra idman qəzetlərində manşetlər diqqət çəkdiyindən kolleksiyaçı onları da toplamağa qərar verib. Qeyd edək ki, xüsusi şəaritdə saxlanan biletlər kolleksiyaçı üçün ən dəyərli əşyalar sayılır. Onlar arasında 100-150 dollar qiyməti olanlar da var. Goranboy sakini topladığı biletləri gələcəkdə klubların müzeyinə təhvil vermək fikirindədi.

Şərhlər bağlıdır.