Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Elvina Mustafayeva: “Bu dünyada qadın azadlığı olmayacaq!”

“Sən qadınsan, söz haqqın yoxdur.”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin energetika fakultəsinin 3-cü
kurs tələbəsi Elvina Mustafayeva stereotiplərin onun həyatına göstərdiyi təsirdən
narazıdır. O, deyir ki, yetkinlik yaşına çatandan bir çox çətinliklərlə qarşılaşıb:
“Onların 80% -i qadın olduğum üçün yaranıb. Hazırda Bakıda ailəmdən uzaq bir
həyat tərzi keçirirəm və bu o qədər də sadə və asan deyil. Öncə oxuduğum
universitetdən başlamaq istərdim. Adından da bəlli olduğu kimi,yalnız 20% -nin
xanım olduğu təhsil ocağıdır. 3 ildə burada qarşılaşdığım haqsızlıqlar barədə
fikirlərimi bölüşmək istərdim. Kənardan baxan hesab edir ki, qadın olduğun üçün
hörmət və diqqət görürsən. Amma heç də elə deyil. Məsələn, dərs zamanı, dəhlizdə
və ya adi halda rahat davrana bilmir, hər zaman utancverici bir hal olmasın deyə
qorxu içərisində qalır, qarşındakının haqsız olduğunu bildiyin halda oğlan olduğu
üçün susursan. “Axı o daha güclüdür. Mənə zərər verə bilər” fikri ilə yaşamaq,
istədiyin kimi geyinə bilməmək, paltar aldıqda belə hər tərəfli diqqət etmək
zorundasan. Təbi ki səndən istədiyin kimi geyinməyinieşidənlər ilk dəfədən başqa
cür anlayacaqlar. Belə halda olan qadınlar məni daha yaxşı başa düşərlər.
Elvina xanım iş prosesində də qadınların belə ağır yükə məruz qaldığının
fərqindədir: “İş zamanı qız olduğum üçün yaradılan bir çox narahatlıqlar məni
dəfələrlə əsəbləşdirib, hətta işimə son qoymaq istəyinə belə gətirib çıxarıb: “Sən
qadınsan, işləmək nədir?”, “Qızsan, bir həftədənuzağı dözə bilməzsən”,“ Get,
yeməyini bişir evində, qız nədir, iş nədir?” Bu tip sual və cümlələri az
eşitməmişəm. Ancaq sakitləşəndən sonra bunların hamısının sadəcə keçici
olduğuna özümü inandırıb, qaldığım yerdən həyatıma davam edirəm. Amma
bilirəm ki, bu maneələr heç vaxt bitməyəcək. Ona görə ki, hər zaman tək olursan,
dərdini heç kimlə bölüşə bilmirsən.
E.Mustafayeva qız və qadınların daha çox ailəsinin basqılarına məruz qaldığını
diqqətə çatdırır: “Sən qadınsan, söz haqqın yoxdur.” “Qızsan, hava qaralmamış
evdə ol”, “Qadın işləməz, evdə oturub uşağına, ərinə baxar”, “Neynirsən
bəzənməyi, özünü kimə göstərirsən?”, “Guya oxuyub neynəyəcəksən? Onsuz da ər
evində işləməyəcəksən”, “Xaricdə təhsil nədir, dəli olmusan? Qardaşın xaricdə
oxuyacaq, oğlandır, ona olar, sən qızsan, sakit dayan”. Bax, nə qədər ki, bu
düşüncələrlə yaşayacaqlar, bu dünyada qadın azadlığı olmayacaq!”

“Cəmiyyəti dəyişmək üçün sterotiplərdən qurtarmaq lazımdır”

Mingəçevir Dövlət Universitetinin 3-cü kurs tələbəsi Nəsrin İmamverdiyeva
Elvina xanımın dedikləri ilə razılaşsa da, hesab edir ki, cəmiyyəti dəyişmək üçün
sterotiplərdən qurtarmaq lazımdır: “Təəssüf ki, bir çox valideynlər yalnız oğlan
övladına sahib olmaq istəyirlər, hətta qızları olduqda onu oğlan kimi böyüdürlər.
Bir çox ailələr qızlarının xaricdə təhsil almalarına qarşı çıxırlar. Onlar ətrafdakı
qınaqlara görə belə qərar verirlər: “Qız uşağının xaricdə nə işi var”, “Burdakı
universitetlərə nolub ki, xaricdə oxuyur”, “Oxumaq istəyən hər yerdə oxuyar, o qız
məcara axtarır” və s. Bu kimi basqılar qadın hüquqlarının tapdalanmasına gətirib
çıxarır və nəticədə kişilərin üstünlük əldə etdiyi cəmiyyət formalaşır”

“Qadın anadır, bacıdır, həyat yoldaşıdır…Başımızın tacıdır!..”

Mingəçevir Dövlət Universitetinin 1-ci kurs tələbəsi Günay Bəhərçinova müasir
dünyamız stereotiplərlə və həyatımızı məhdudlaşdıran çoxsaylı inanclarla dolu

olduğunu söyləyir. Onun sözlərinə görə: “Həyatımız inanclarla o qədər dolubdur
ki, insan onlardan yaxasını qurtara bilmir, həyatının qiymətli və əvəzsiz günlərini
necə boşa xərclədiyinin fərqinə varmır.Stereotip insanların inkişafına mane olan
başlıca amillərdəndir. Çox vaxt buna adət-ənənə donu geyindirməyə çalışırlar.
Hətta öz düşüncə tərzlərini dəyişmək əvəzinə bu düşüncələri ətrafa yayırlar. Bəs
qadınlar nə etməlidir, bu düşüncələrə görə onlar hər hərəkətlərinə məhdudiyyət
qoymalıdır? Qadın anadır, bacıdır, həyat yoldaşıdır…Başımızın tacıdır!…”

Üzeyir Hacıbəyov adına musiqi məktəbinin müəllimi Esmira Bəhərçinova gender
məsələsinin daim diqqət mərkəzində olsada, ən son problem olaraq qaldığını
düşünür. Onun sözlərinə görə, bu gün bərabərlik və azaqlıq sözləri insanları
qıcıqlandırır. “Azadlıq” sözü az qala “əxlaqsızlıq” sözünün sinonimi hesab edilir.
Ümumilikdə bərabərlik və azadlıq sözləri deyil, məhz qadınların bərabərliyi, qadın
azadlığı ifadələri insanlarda qıcıq oyadır. Hətta bir çox qadınlar düşünürlər ki,
onların və başqa qadınların azadlığı kişilərin xoşuna gələn hal deyil, azad qadın
əxlaqsız damğasını ala bilər. Buna görə də özünün onlardan, yəni “əxlaqsızlardan”
olmadığını göstərmək üçün əlindən gələni etməlidir. Bu cür təsəvvürlər qadınların
hüquqlarının pozulmasına gətirib çıxarır.
Bəs çıxış yolu varmı? Ekspertlərin fikrincə, qadınlar həmrəy olub, öz haqlarının
müdafiəsinə qalxsalar, gender bərabərliyinə nail ola bilərlər. Bunun üçün isə onlar
ilk növbədə öz düşüncələrini dəyisməlidirlər.

Şərhlər bağlıdır.