Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Elşən İbrahimli: “Gəlib, başımızın altına yastıq qoyub gedirlər”

Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir təşkilatının sədri Elşən İbrahimli qəzetmizə müraciət edərək, yaşadığı binada normal dezinfeksiya işlərinin aparılmamasından gileylənib. Onun dediyinə görə, 20 Yanvar küçəsindəki 166 saylı binanın zirzəmisindən üfunətli sular əksik olmur: “Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik. Gəlib, başımızın altına yastıq qoyub gedirlər. Bütün dünya koronovirusa qarşı mübarizə aparır. Azərbaycan prezidenti də bu məqsədlə kifayət qədər vəsait ayırıb. Amma binamızın yaşayışçıları əziyyət çəkməkdədirlər. Kim zəmanət verə bilər ki, qış çıxmamışdan qapı-pəncərəmizi yağır edən ağcaqanadlar bu qorxulu virusu mənzillərimizə gətirməyəcəklər?”

Ümid edirik ki, Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsi,  Gigiyena Epidemiologiya Mərkəzi və şəhər Dezinfeksiya şöbəsi həmin binada və digər yaşayış yerlərində təcili və təxirəsalınmaz tədbirlərin icrasını ləngitməyəcəklər.

Şərhlər bağlıdır.