Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində dərslərin online və offline rejimdə təşkilinə start verilib

Mövcud vəziyyətlə əlaqədar olaraq, tədris prosesində davamlılığın təmin edilməsi üçün Mingəçevir Dövlət Universitetində (MDU) dərslərin online və offline rejimdə təşkilinə başlanılıb. Bu məqsədlə, “ZOOM” platforması və “Videodərslər” kimi distant təhsil texnologiyalarının imkanlarından istifadə edilir.

Belə ki, universitetdə məsafədən təhsil sahəsində beynəlxalq təcrübədə geniş yayılmış “ZOOM” platformasının video-konferensiya alətinin tətbiqi ilə müəllim və tələbələr arasında bağlantı yaradılır. Video-konferensiya müəllim və tələbələr arasında görüntülü və çoxtərəfli müzakirələrin aparılmasına imkan verir. Online və offline rejimdə fəaliyyət göstərən bu tətbiq tələbələr tərəfindən müəllimə həm şifahi, həm də yazılı sualların verilməsinə şərait yaradır. Sistemin həm kompyuter, həm də mobil tətbiqinin olması tələbələrin video-konferensiyaya qoşulmasını asanlaşdırır. Müəyyən edilmiş cədvəllər əsasında keçirilən dərslərin təşkilinə tyutorlar fəal şəkildə cəlb olunublar.

Eyni zamanda, alternativ tədris metodu qismində, universitetin professor-müəllim heyəti üzvlərinin iştirakı ilə hazırlanan videodərslər offline rejimdə Youtube kanalı vasitəsilə tələbələrin istifadəsinə verilib.

Universitet üzrə bütün fənlərin qeyd olunan formatda tədrisinə nail olunması istiqamətində işlər davam etdirilir.

Hər iki tətbiq MDU tələbələri tərəfindən yüksək rəğbətlə qarşılanıb.

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close