Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Eko Səfir Qızlar təhsil proqramı regiondan olan gənc qızları ətraf mühit elçiləri olmağa dəvət edir!

Biomüxtəliflik, 3R modeli (Reduce - Azalt, Reuse - Təkrar İstifadə, Recycle - Təkrar emal), bərpa olunan enerji, iqlim dəyişikliyi və daha çox bu kimi ekoloji problemlər haqqında öyrənəcəksiz!

Bu proqram Quba, Qusar, Bərdə, Ağdam və Mingəçevirdə ekoloji maarifləndirmə və davamlılığı artırmaq üçün icmalardan 15-18 yaş arası 50 qızı bir araya gətirmək üçün nəzərdə tutulub.

Əgər bu sahəyə töhvə vermək istəyirsizsə, 50 EKO səfir Qızdan biri olmaq fürsətini qaçırtmayın!

Proqram zamanı Siz:

– Mövzu üzrə mütəxəssislər tərəfindən keçiriləcək canlı təlimlərdə iştirak edəcəksiz.

Biomüxtəliflik, 3R modeli (Reduce – Azalt, Reuse – Təkrar İstifadə, Recycle – Təkrar emal), bərpa olunan enerji, iqlim dəyişikliyi və daha çox bu kimi ekoloji problemlər haqqında öyrənəcəksiz!
– Öz icma təşəbbüsünüzü həyata keçirtmək arzunuzu gerçəkləşdirmək şansınız olacaq!
– Bu öyrənmə prosesində Sizə ekoloji-dost mentorlar dəstək göstərəcək!

EKO Səfir Qızlar Proqramı icmanıza xidmət edən yeni ekoloji öyrənmə imkanıdır. Bu proqram ABŞ Dövlət Departamentinin Mübadilə proqramı məzunları tərəfindən təşkil olunub, ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənir və Resource HUB-ın təşkilati dəstəyi ilə həyata keçirilir.

Qeydiyyatdan elə indi  BURADAN keçə bilərsiniz:

Son müraciət tarixi: 5 Oktyabr 2023

Şərhlər bağlıdır.