Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şərq Tərəfdaşlığının gələcəyi Bakıda müzakirə ediləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birlikdə 11 oktyabr 2019-cu il tarixində “JW Marriott Absheron Baku” otelində “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda strukturlu məsləhətləşmələr təşkil edəcəkdir.

Avropa İttifaqını Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları  üzrə Baş Direktorluğunun Bölmə Rəhbəri Vasilis Maraqosun rəhbərliyi ilə Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin birgə nümayəndə heyəti təmsil edəcək. Azərbaycan tərəfini dövlət rəsmiləri, Parlament üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, düşüncə mərkəzlərinin, vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar və KİV nümayəndələri təmsil edəcək.

Bu məsləhətləşmələr cari ilin may ayında Brüsseldə Şərq Tərəfdaşlığının yaradılmasının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransda start verilən, Aİ-nin üzv dövlətləri və tərəfdaş ölkələrdən olan geniş spektrli maraqlı tərəflərlə aparılan qeyri-rəsmi fikir mübadilələrinin tərkib hissəsidir. Bu geniş ictimai müzakirə əsas maraqlı tərəflərinin öz fikirlərini səsləndirməsi və Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasına töhfə verməsi üçün imkan yaradacaqdır.

Şərq Tərəfdaşlığı Aİ, onun üzv dövlətləri və tərəfdaş ölkələr arasında əlaqələri gücləndirmək üçün 2009-cu ilin may ayında yaradılmışdır. Şərq Tərəfdaşlığı siyasi birliyin möhkəmləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün çərçivə yaratmış, həm tərəfdaş ölkələr, həm də Aİ-nin üzv dövlətlərinin vətəndaşları üçün geniş spektrli faydalı islahatların aparılmasına imkan verən strukturlu əməkdaşlıq mexanizmi təmin etmişdir. “20 Nəticə” gündəliyinin və Assosiasiya Gündəliklərinin/Tərəfdaşlıq Prioritetlərinin icrası prioritet olaraq qalır.

Çoxsaylı maraqlı tərəflərin 31 oktyabr 2019-cu il tarixinədək Tərəfdaşlığımızın gələcəyi barədə müzakirələrə töhfə verməsinə şərait yaratmaq üçün məsləhətləşmə prosesi çərçivəsində həmçinin məsləhətləşmə ilə bağlı istiqamətləndirici sualların olduğu ayrıca veb-səhifə yaradılmışdır:

Şərhlər bağlıdır.