Araşdırma

Leonardo Da Vinçinin Şabran rayonundan olduğu iddia olunur – ARAŞDIRMA

Mi-news.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis tarixçisi Simon Hevitt Leanardo Da Vinçinin əslinin Qafqaz bölgəsindən hətta Xəzər dənizi hövzəsindən olduğunu idda edib.

Simon Hevitt bu haqda “Leonardo da Vinçi və Qiyamət” adlı kitabında yazıb. Onun iddiası böyük rezonansa səbəb olub. Məhşur rəssam Leanardo haqqında irəli sürülən bu idda “The Guardin” qəzetində dərc olunub. Xəbərdə deyilir:

“XV əsrdə  qızılı saçlı qadınlara Milanda çox nadir hallarda rast gəlmək olurdu, qızılı saçlı qadınlar o dövrdə çox qəribə qarşılanırdı. Tarixçi Hedvitt rəssam Leonardonun, Asiyadan, Xəzər sahilllərindən gəlməsindən şübhələnir.”

1495-ci ildə Almaniyada çəkilən bir karikatura əsasında yazılmış “Leonardo da Vinçi və Qiyamət” adlı kitab İngiltərədə satışa çıxarılıb.

İtalyan rəssamın Azərbaycan əsilli olmasını bir neçə il bundan əvvəl Tarixçi Robin Maksvelli “Xanım Da Vinçi” adlı əsərində qeyd etmişdir. Bu əsərdə də rəssamın anasının Xəzər sahilindən olduğu yazılmışdır.

Çieti Peskara Universiteitinin  Antropoliji Tədqiqatlar İnstitutunun direktoru doctor Luici Kapasson idda edir ki, Leanardo Da Vinçinin əsərlərində onun barmaq izlərinin qalıqlarını aşkarlayıblar və rəssamın barmaq izlərinin demək olar ki 60%-i Cənubi Qafqaz və ya Asiya müsəlmanlarına məxsus səciyyəvi ünsürlər daşıyır.

Əslən Kanadalı olan alim Luis Baff Perri isə daha maraqlı iddia irəli sürüb. O, qətiyyətlə Da Vinçi nəslinin indiki Şabran rayonu ərazisindən olduğunu vurğulayıb. O, vurğulayıb ki, o zamanlar Asiyadan və başqa yerlərdən İtaliyaya gətirilən əsr qadınlara Katerina adı verilirdi məhz Leanardonun anası Katerina da əslən Azərbaycanlı olub və Xəzər sahillərində yaşayıb.

Mən Azərbaycana səfər edib bunu dəqiqləşdirmək qərarına gəldim və səfərimin sonunda yanılmadım və bu gün bir daha əminliklə qeyd edə bilərəm ki, Leanardo Da Vinçi Azərbaycanlıdır və əslən Dəvəçi rayonundandır. Bu həm də tam uyğunluqdur Dəvəçi – Da Vinçi deyərək kanadalı alim təbəssüm edib!

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close