Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Azərsu” Aran bölgəsində təlimlərə başladı

245

Oktyabrın 1-də \”Azərsu\” Açıq Səhmdar Cəmiyyəti Mingəçevirdə \”Regional Təlim İnkişaf Proqramı-1\” çərçivəsində Aran zonası üzrə \”Kompleks Təlim Proqramı\”na başlayıb. Noyabr ayının 25-dək davam edəcək təlimləri uğurla bitirənlər “Azərsu”yun “Daxili təlimçilərin təlimi” layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər.
Bununla bağlı Mingəçevir Politexnik İnstitutunun akt zalında keçirilən rəsmi açılış mərasimində iştirakçılar öncə “Azərsu”yun fəaliyyətindən bəhs edən videoçarxı izləyiblər. Mingəçevir İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, “Azərsu” ASC sədrinin xarici sərmayələr üzrə müavini İlqar Tağıyev, “Birləşmiş Sukanal“ MMC-nin direktoru Etibar Məmmədov və başqaları ölkə başçısının göstərişi ilə bu sahəyə diqqətin artmasından danışıblar. Onlar diqqəti bölgələrdə həyata keçirilən içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinə, əhalinin fasiləsiz və keyfiyyətli su ilə təminaı sahəsində görülən işlərə, layihələrin icrasında müasir texnologiya və avadanlıqlardan istifadə olunmasına, kadrların bilik və bacarıqlarının yüksəldilməsinə yönəldiblər. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu ilin 9 ayı ərzində “Azərsu” müasir texnologiyaların qavranılmasına kömək məqsədilə 70-ə yaxın təlim təşkil edib. Natiqlər təəssüflə bildiriblər ki, hələ dəbəzi abonentlər sudan istifadə zamanı israfçılığa yol verir, su pulunu ödəmir.
Açılış mərasiminin sonunda \”Azərsu\” ASC və “Birləşmiş Sukanal“ MMC adından Mingəçevir İcra Hakimiyyəti başçısına hədiyyələr təqdim olunub.

Şərhlər bağlıdır.