Ədliyyə Nazirliyindən çıxarış almayan QHT-lərə Şura yardım etməyəcək
Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasımın baş mühasibi Tofiq Həsənov Mingəçevirdə olub. QHT Forumunun regional ofisində baş tutan görüş 2014-cu ildə maliyye yardımı musabiqelerinin prioritetlerinin region QHT-leri ile muzakiresinin teskilinə həsr olunub. T.Həsənov 2013-cü ilin yekunlarından, 2014-cü il üzrə 15 istiqamət üzrə maliyə yardımı ayrılacağından danışıb və diqqəti son yeniliklərə yönəldib. Bildirib ki, ötən ilin ikinci yarımilliyindən etibarən həm maliyyə hesabatlarının, həm də layihələrin elektron formada qəbuluna başlanıb: “Nəzərdə tutulmuşdu ki, QHT-lər hesabatı təqdim etdikdən sonra bizim nümayəndələrimiz təşkilatların ofislərinə gedib, sənədlərlə yerində tanış olur və akt tərtib edirlər. Lakin bir çox təşkilatların ofisləri olmadığından və digər səbəblərdən bəzi çəinliklərlə qarşılaşdıq.Buna görə də hesabatdan sonra onlar sənədlərini Bakıya gətirməli oldular. Ümid edirəm ki, növbəti il QHT-lərin əziyyət çəkib Bakıya gəlməməsi üçün zəruri addımlar atılacaq”.
Tofiq müəllim bildirib ki, indidən sonra Şuraya layihə verən təşkilatın rəhbəri barədə Ədliyyə Nazirliyinin Qeydiyyat idarəsindən çıxarış gətirilməlidir. Eyni zamanda Maliyyə Nazirliyinə hesabatı təqdim etməyən QHT-lər də Şuranın yardımından kənarda qalacaqlar.
Şərhlər bağlıdır.