“Bayrağımız qürur mənbəyimizdir”
YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyi idarə heyətinin üzvləri və şəhərin aktiv gəncləri noyabrın 9-da Heydər Əliyev Mərkəzində “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda dəyirmi masa təşkil edib. Birliyin sədri Bəxtiyar Mustafayev bayrağın tarixindən danışıb. Gənclərdən Ceyhun Atayev, Eldar Dərişov, Ceyhun İsmayılov, Günel Mustafayeva, Vüsal Məmmədov, Pərviz Talıbov, Esmira Əhmədova və başqaları da ata-babaların işini ləyaqətlə davam etdirəcəklərini bildiriblər. Sonda Heydər “Milli atributlarımız” haqqında video-çarx nümayiş etdirilib.
Yaqub Hüseynov
Şərhlər bağlıdır.