Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dilənçilər repetitor yanında olan uşaqların ayaqqablarını oğurlayıb

Mingəçevirdə bu gün səhər saatlarında M.Maqomayev küçəsində 5 mərtəbəli binanın beşinci mərtəbəsində yuxarı sinif  şagirdlərinin ayaqqabıları oğurlanıb. Onlar qapıda ayaqqabılarını soyunduqdan sonra repetitorun mənzilinə daxil olublar və məşğələ bitdikdən sonra evə getmək istəyəndə ayaqqabılarını tapmayıblar. Qonşuların dediyinə görə, bir az əvvəl bir neçə dilənçi həmin binaya dilənmək üçün gəlib və qapıları döyüb. Səsə -küyə çıxan qonşular onları qovublar. Həmin anda da uşaqların ayaqqabları oğurlanıb.

Şərhlər bağlıdır.