Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Little Free Library” artıq Naftalanda

Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş ateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq Naftalan şəhər əhalisinin və turistlərin ixtiyarına verilib. Kitabxana www.littlefreelibrary.org Kitabxanalar reyistrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərəcək. Məqsəd əhalinin kitaba marağını artırmaqdır. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər kəs üçün açıqdır.

Kiçik kitabxanada Azərbaycan dili ilə yanaşı  rus, ingilis və türk dillərində müxtəlif yaşlara uyğun kitablar sərgilənir. Yeri gəlmişkən, regionda ilk dəfə məhz Azərbaycanda – kurort şəhəri Naftalanda açılan kiçik kitabxana Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılıb. Kornovirus pandemiyası ilə əlaqədar hələ ki, xarici turistlərin şəhərə gəlişi mümkün olmasa da yerli turistlər kurort şəhərinə üz tuturlar. Həmçinin Naftalanda yeni sanatoriyların tikintisi də davam etdirilir.

Şərhlər bağlıdır.