Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Debatçılar Şəki skaut dəstəsi ilə görüşüb

Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Skautlar Assosiasiyasının Şəki skaut dəstəsi arasında görüş keçirilib.  Şəki skaut dəstəsinin üzvləri Mingəçevir Gənclər Evi və orada gənclər üçün yaradılan şəraitlə tanış olub, şəhidlərimizin qəbirlərini ziyarət edərək dualar oxuyub, daha sonra isə Avarçəkmə üzrə Uşaq Gənclər İdman Məktəbinə baş çəkiblər.

Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə  bildirib ki, 2017-ci ildə Azərbaycan Skautlar Assosiasiyasının Mingəçevirdə də dəstəsi yaradılacaq. Şəki skautlar dəstəsinin rəhbəri Aygün Məmmədli skautların tarixindən, gördüyü işlərdən söhbət açıb, Şəki skautlarından birinin əl işindən ibarət şəkilləri Etiram Sadıqzadəyə təqdim edib.

Şərhlər bağlıdır.