Debat forumunun 2016-cı il qalibi kim oldu?
“Mingəçevir Gənclər Debat forumu Heydər Əliyev kuboku 2016” mayın 7-8-də 10 saylı orta məktəbdə baş tutub. 14 komandada 42 debatçının iştirak etdiyi forumun finalında MDU-nun “Qarabağ” və 19 saylı məktəbin “Uğur” komandaları qarşılaşıblar. Yarış “Uğur”un uğuru ilə başa çatıb. Qaliblərə kubok, ən yaxşı spikerlərə sertifikart və medallar təqdim edilib.
Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin regionlar üzrə meneceri Yusif Hacıyev, 19 saylı tam orta məktəbin direktor müavini Adil Nəsibov, Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə qalibləri və bütün iştirakçıları təbrik edib, gənc nəslin milli şüurunun yüksəlməsində milli debat proqramının əhəmiyyətindən danışıblar.
Şərhlər bağlıdır.