“Dayan! Dünya bizim evimizdir!”
01 noyabr 2016 – cı il tarixdə Mingəçevir Turizm Kollecinin Heydər Əliyev İdeoloji mərkəzində “Dayan! Dünya Bizim Evimizdir! ” mövzusunda tələbə elmi-nəzəri konfransı keçirilib. Konfransı kollecin direktoru, professor Əyyub Əyyubov açıb. O, bu cür qlobal-həyati məzmun daşıyan, bütün dünya gündəmini zəbt edən məsələlərin müzakirəsinə gələcəkdə də diqqət yetirilməsinin vacibliyini qeyd edib.
Tələbələrdən Aşur Həşimov “Azərbaycanda Ekologiya ilə bağlı görülən işlər və layihələr” , Sevinc Daşdəmirova “Azərbaycanda ekoloji problemlər”, Yeganə Ələkbərova “Neftin və enerjinin müsbət və mənfi cəhətləri”, Ülviyyə Quliyeva “Qırmızı kitaba düşmüş bitkilər və heyvanlar”, Sadiq Cabbarov isə “Şəhərlərdə ətraf mühitin gigiyenası” mövzularında məruzələr ediblər. Məruzələr slaydla təqdim olunub.
Sonda qeyd edilib ki, konfransda müzakirə olunan məruzə və çıxışlar MTK-nın internet səhifəsində və kollecin nəşr etdiyi “Turizm və təhsil” jurnalının növbəti nömrəsində dərc olunacaqdır.
Şərhlər bağlıdır.