“Dahilik divanı” Mingəçevir teatrında
Teatrın rəhbərliyi Heydər Əliyevin 100 illiyi münasibətil hazırlanan "Qızıl dəvətnamə"ləri Mingəçevir Dövlət Universitetin əlaçı tələbələrinə verib
18 oktyabr Müstəqillik günü ilə əlaqədar Mingəçevir Dövlət Dram Teatrında ulu öndər Heydər Əliyevin ölkədəki fəaliyyətlərindən bəhs edən “Dahilik divanı” adlı tamaşa-kompozisiya nümayiş olunub. Elçin Məhərrəmlinin ssenari müəllifi olduğu tamaşa rejissor Vüsal Mehrəliyevin quruluşunda səhnə həllini tapıb.
Sonda teatrın rəhbərliyi Heydər Əliyevin 100 illiyi münasibətil hazırlanan “Qızıl dəvətnamə”ləri Mingəçevir Dövlət Universitetin əlaçı tələbələrinə verib. Bu dəvətnamələr həmin tələbələrə 1 il ərzində teatra sərbəst giriş hüququ verir.
Şərhlər bağlıdır.