2020-ci ilin 10 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Pedaqoji fakültəsinin Tələbə Elmi Cəmiyyətinin virtual elmi konfransı keçirilib.
“Elm Günü”nə həsr edilmiş Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov karantin dövründə universitet əməkdaşlarının və tələbələrinin elmi fəaliyyətinin davam etdirilməsinin vacibliyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə elmin inkişafına xüsusi önəm verildiyini bildirən Ş.Bayramov ali təhsilin məzmununda elmi tədqiqatlara mühüm yer verilməsinin əhəmiyyəttindən danışıb. Konfransın təşkilində əməyi olan əməkdaşlara və tələbələrin elmi rəhbərlərinə təşəkkür edən Ş.Bayramov məruzə ilə çıxış edəcək tələbələrə uğurlar arzulayıb və hər kəsi evdə qalmaqda davam etməyə çağırıb.
Pedaqoji fakultənin dekanı Nizami Zeynalov ilk dəfə olaraq virtual formatda keçirilən fakultə Tələbə Elmi Cəmiyyəti Konfransında 80-dən artıq tələbə və müəllimin iştirak etdiyini bildirib. Konfransın proqramı haqqında məlumat verən N.Zeynalov dinləniləcək məruzələrin aktuallığından bəhs edib.
Sonra Konfransda məruzələr dinlənilib. Pedaqoji fakultənin tələbələrindən Aytən Bağırzadə “Coğrafi adlar mənəvi sərvətimizdir. Lələtəpə.” mövzusunda (Elmi rəhbər: dos. Namaz Manafov), Vəfa Mustafazadə “Könüllülük hərəkatına tarixi baxış” mövzusunda (Elmi rəhbər: b.m. Mətanət Yusifova), Leyla Verdizadə “Triqonometrik bərabərsizliklərin həllində qarşıya çıxan problemlər” mövzusunda (Elmi rəhbər: Mehparə Məmmədova), Günay Əhmədova “Müəllim-şagird, tərbiyəçi-uşaq şəxsiyyəti pedaqoji ustalığın vasitəsi kimi” mövzusunda (Elmi rəhbər: Sevinc Səmədova), Ülviyyə Edilxanova “Qafqaz xalqları arxeoloji və antropoloji tədqiqatlarda” mövzusunda (Elmi rəhbər: Aygün Qədirova) və Sevinc Süleymanlı “İngilis sözlərinin sosial şəbəkələrdə istifadəsinin əhəmiyyəti” mövzusunda (Elmi rəhbər: Dürdanə Qurbanova) məruzələrlə çıxış ediblər.
Konfrans iştirakçıları tərəfindən maraqla qarşılan məruzələr ətrafında müzakirələr aparılıb.
Şərhlər bağlıdır.