Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu ilin sentyabr ayından 7 saylı məktəbdə peşə təhsilli sinif də olacaq

Mingəçevirdəki R.Mirabov adına 7 saylı tam orta məktəbdə bu ildən aşpaz köməkçisi və İT üzrə peşələr də tədris ediləcək.

7 saylı tam orta məktəbdə bu ildən aşpaz köməkçisi və İT üzrə peşələr də tədris ediləcək

Məktəbin direktoru Anar İsmayılovun dediyinə görə, məqsəd şagirdləri orta təhsil bazasında peşə təhsilinə və əmək bazarına hazırlamaqdır: “20-22 şagirddən ibarət  bir sinif fəaliyyət göstərəcək. Onlar həftənin iki günü peşə təlimlərinə, 3 günü isə ümumtəhsil fənlərinə cəlb olunacaq. Məktəbi bitirərkən həm tam orta təhsil , həm də peşə təhsili haqqında sənəd alacaqlar”.

Peşə təmayüllü siniflər 2019-2020-ci tədris ilindən başlayıb. 14 şəhər və rayonun 20 məktəbində 420 şagirdi əhatə edib. Bu ilki dərs ilindən rayon və siniflərin sayı artırılıb. Hazırda 28 şəhər və rayonun 35 məktəbində 55 sinif (1187 şagird və 165 müəllim və usta heyəti olmaqla) orta məktəb bazasında təhsil və peşəni birləşdirən tədris prosesinə qoşulub.

 

Elm və təhsilMDUMingəçevirXəbərlər Mingəçevir Dövlət Universitetində könüllü gənclərlə görüş keçirilib Bölgə gənclərinin “Kür Məcarəsi” uğurla yekunlaşıb Sən nə düşünürsən…

 

Şərhlər bağlıdır.