Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə mənzillərdən və obyektdən oğurluq edən iki nəfər saxlanılıb

Mingəçevirdə mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb.   DİN Mətbuat Xidmətinin Şəki şəhərində regional qrupundan verilən  məlumata görə,  ötən il dekabrın 12-də Mingəçevir şəhər sakini Ellada Kərimli şəhər polis şöbəsdinə ərizə ilə müraciət edərək, kürəkəninə məxsus bərbərxanadan televizorun oğurlanması barədə məlumat verib. Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Arzuman Rəhimov və Asiman Allahverdiyev saxlanaraq istintaq şöbəsinə təhvil verilib. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər.

Mingəçevir ŞPŞ-nın müstəntiqi,   polis leytenantı Kərim İsmayılbəyli bildirib ki, həmin şəxslərin başqa cinayət əməllərinin də üstü açılıb: “ Belə ki, ötən ilin dekabr ayında Mingəçevir şəhər sakininə məxsus mənzilən 8 min manat dəyərində məişət əşyalarını oğurladıqları müəyyən edilib”.

Saxlanılan şəxslərdən Arzuman Rəhimovun Mingəçevir şəhər sakininə məxsus yaşayış evindən 1000 manat dəyərində televizor oğurladığı da aşkar edilib. Ümumilikdə oğurlanan avadanlıqların az bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Şərhlər bağlıdır.