Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Tezliklə Mingəçevir də özünə Fransada bir nişanlı tapacaq”

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşən səfirə şəhərin tarixi, mədəni həyatı, turizm imkanları, Birinci Avvropa Oyunları ilə bağlı görülən işlər və sənayesi barədə məlumat verilib. Bildirilib ki, əsasən yüngül sənaye sahələrinə aid texnoparkın, eyni zamanda kompüter zavodunun bazasında yüksək texnologiyalar üzrə müəssisələrin açılması planlaşdırılır. Şəhərin ali və orta ixtisas məktəblərində ehtiyac duyulan ixtisaslar, o cümlədən turizmlə bağlı kadrlar hazırlanır.
Paskal Mönye Azərbaycan-Fransa əlaqələrinin, xüsusən mədəni tədbirlər və təhsillə əlaqədar proqramların artdığına diqqəti yönəldib. O, deyib ki, hər iki ölkədən olan gənclərin tələbə mübadilə proqramında iştirakları faydalıdır və gələcəkdə genişlənməsi gözlənilir. Eyni zamanda Fransanın ayrı-ayrı şəhərlərinin Azərbaycanın Naftalan, Qusar, Yevlax şəhərləri ilə qardaşlaşması artıq reallığa çevrilib: “Ümid edirəm ki, tezliklə Mingəçevir də özünə Fransada bir nişanlı tapacaq”.
Səfirin sözlərinə görə, aprelin 15-dən sonra Fransa prezidentinin Azərbaycana gəlişi gözlənilir: “Burada 7 mühüm sənədin, o cümlədən turizmlə bağlı sənədin imzalanması gözlənilir”.
Paskal Mönye qeyd edib ki, Avropa Oyunlarına Fransa atletləri də qatılacaq. Noyabr ayında fransalı iş adamlarının Azərbaycanda forumu keçiriləcək: “Bütün bunlar isə fransalıların Azərbaycanı tanımasında əhəmiyyətli rol oynayacaq”.
Bundan sonra Fransanın səfiri yerli KİV nümyəndələrinin suallarını cavablandırıb.

Şərhlər bağlıdır.