Bu gün Mingəçevirdə, Kür Olimpiya Tədris İdman Mərkəzində 5 ölkənin idmançıları akademik avarçəkmə üzrə güclərini sınayıblar (Yenilənib)
Yarışa Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistan idmançılarının qatılıblar
Bu gün, mayın 7-də səhər saatlarından Mingəçevirdə, Kür Olimpiya Tədris İdman Mərkəzində 5 ölkənin idmançıları akademik avarçəkmə üzrə güclərini sınayıblar. Hazırda Kür sularında avarçəkmə üzrə reqata başa çatmaq üzrədir. Gün ərzində yarışın yekunu barədə ətraflı məlumat verəcəyik
Xəbər verdiyimiz kimi, mayın 5-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” reqatasının açılış mərasimi olub. Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistan idmançılarının qatıldıqları mötəbər tədbir Mingəçevirdə idmançıların təntənəli paradı ilə başlayıb. mayın 6-da idmançılar işğaldan azad edilmiş Suqovuşanda ilk dəfə olaraq kayak və kanoye üzrə yarışıblar. Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb. Burdakı yarış həm də maraqlı su şousu ilə yadda qalıb.
“Prezident kuboku”na Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.
Şərhlər bağlıdır.