Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Prezident kuboku-2022” reqatası uğurla başa çatdı

Qaliblərə medalları Gənclər və İdman naziri Fərid Qayıbov, Müdafiyə Sənayesi naziri Mədəd Quliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov və digər rəsmi şəxslər təqdim ediblər

Mingəçevirdə  Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatası uğurla başa çatdı. Bu gün, mayın 7-də Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistan idmançıları Kür çayında avarçəkmə növündə mübarizələrini davam etdiriblər.

Günün sonunda qaliblər müəyyənləşib. Onlara  medalları Gənclər və İdman naziri Fərid Qayıbov, Müdafiyə Sənayesi naziri Mədəd Quliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov və digər rəsmi şəxslər təqdim ediblər.
Xəbər verdiyimiz kimi, dünən, turnirin birinci günündə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparıblar. Yeniyetmə və gənclər arasında beş yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası ümumilikdə 25 medal qazanıb.

“Prezident Kuboku – 2022” turnirində su üzərində 3D effektli şou nümayiş etdirilib. Bu gün axşam saatlarında Kür sahilində atəşfəşanlıq olacaq.

Şərhlər bağlıdır.