Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 9 nömrəli orta məktəbin akt zalında Sabir küçəsindəki 1, 3, 6, Şəhriyar küçəsindəki 3, 4, A.Məmmədov küçəsindəki 16, 20 Yanvar küçəsindəki 13 saylı binaların sakinləri ilə görüşüb. Ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların öz bəhrəsini verməsindən bəhs edən başçı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində reallaşan layihələrin bütün bölgələrimizə, o cümlədən Mingəçevirə də əhəmiyyətli təsirindən danışıb.
Sakinlərdən Arzu Səmədova, Sədi Səfiyev, Şahin Qurbanov, Qənifə Ağalarova, Nuriyə Manafova, Şura Əhmədova və Aytəkin İbrahimova qarşılaşdıqları problem və çətinlikləri qabardıblar. Belə ki, sosial müavinətlərin alınmasında problemlər yaradılır. Suvarma suyu verilmədiyindən yaşıllıqlar sıradan çıxır. Binaların zirzəmilərindəki su rütubət və nəmişliyə, ağcaqanadların çoxalmasına şərait yaradır. Mənzillərin mərkəzləşdirilmiş qaydada isidilməsinə, blokların və binaların qarşısındakı xeyir şər mağarlarının təmirinə ehtiyac var.
Şəhər rəhbəri qaldırılan problemlərin həlli ilə bağlı idarə və müəssisə rəhbərlərinə tapşırıqlarını verib və sakinləri əmin edib ki, bütün istəkləri nəzərə alınacaqdır.
Şərhlər bağlıdır.