Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Şəhər İcra Hakmiyyəti ilin yekunu barədə hesabat verdi

2019-cu il fevralın 28-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib. İclasda Mingəçevir şəhərinin 2018-cı ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə başçının hesabatı dinləniib.

İclas başlamazdan əvvəl tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi qarşısındakı abidə önünə gələrək, gül-çiçək dəstələri ilə ulu öndərin xatirəsini yad ediblər.

MDU-nun konfrans zalında baş tutan hesabat yığıncağını giriş sözü ilə İ.İsmayılov açıb, ötən ilin yekunları  və 2019-cu ildə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, xüsusilə vurğulayıb ki, 2018-ci il bütövlükdə Mingəçevir şəhəri üçün də uğurlu olub. Natiq eyni zamanda həllini gözləyən problemlərə diqqəti yönəldib.

Məruzə ətrafında Maliyyə İdarəsinin rəisi Samir Məmmədov, ƏƏSMN-nin yerli şöbəsinin rəisi Emil İsmayılov,  Azərbaycan İES MMC-nin direktoru Təhmasib Hüseynov,  Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov  fikirlərini bölüşüblər.

Zalda açıq mikrofon qoyulduğundan tədbir iştirakçıları İcra Hakimiyyəti başçısına və qonaqlara narahat olduqları məsələlərlə bağlı suallarını ünvanlayıblar. “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev  deyib ki, regionların sosial-iqtisadi inkişafı  üzrə 2-ci və 3-cü Dövlət proqramlarında Mingəçevirdə məhəllədaxili və binadaxili istilik sisteminin  bərpa olunması nəzərdə tutulsa da, “Azəristiliktəchizat” AZC indiyədək cəmi 2 məhəllədə bu işi görüb.

Milli Məslisin komissiya sədri Əli Hüseynli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov da qaldırılan məsələlərə münasibətlərini bildiriblər.

Şərhlər bağlıdır.