Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dekabrın 28-də şəhərdəki Uşaq Nevroloji Sanatoriyasına baş çəkib, burada müalicə olunan uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. İcbari Tibbi Sığortanın Mingəçevirdə tətbiqindən sonra sanatoriyada yaradılan şəraitdən, uşaqlara göstərilən xidmətdən və Prezidentin bu qəbilədən olan uşaqlara göstərdiyi dövlət qayğısından danışan başçı uşaqlara bayram hədiyyələrini də təqdim edib.
Şaxta baba və Qar qızın gəlişi uşaqların sevincinə rəng qatıb. Uşaqlar rəqs edib, şənləniblər. “Mingəçevir Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Könül Ələkbərov və qonaqlar da balacalara təbriklərini çatdırıblar.
Hazırda sanatoriyada 21 uşaq müalicə olunur. Onlar hər cür şəraitlə təmin ediliblər.
Şərhlər bağlıdır.