Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şagirdlər üçün natiqlik təlimləri təşkil ediləcək

Dekabrın 28-də   “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin təqdimat mərasimi keçirilib. Layihə rəhbəri Etiram Sadıqzadə bildirib ki, 3 ay davam edəcək  layihə çərçivəsində şəhərin orta məktəblərində natiqlik təlimləri təşkil ediləcək, Milli Debat  Proqramı çərçivəsində, Karl Popper formatında debat təlimləri və  Debat Forumu keçiriləcək: “Layihənin davamlılığını təmin etmək məqsədi ilə bu layihəni uğurla başa vuran, xüsusi fəallığı ilə seçilən şagirdlər müəyyən olunacaq, onlara mütəmadi təlimlər keçiriləcək. Məqsəd  gənclər arasında natiqliyə olan marağı artırmaq, cəmiyyətimiz üçün daha aktiv və yaradıcı gəncləri üzə çıxarmaqdır”.
Təlimçi Samir Şükürov,  Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov da gənclər sektorunda görülən işlərdən söhbət açaraq, layihə komandasına və iştirakçılara uğurlar arzulayıblar.

Şərhlər bağlıdır.