Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Başçı hərbi xidməti başa vurmuş əsgərlərlə görüşüb

Görüş zamanı hərbi xidmətdən təxris olunan əsgərlərə  hədiyyələr təqdim olunub. Görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Şahin Xəlilov ölkəmizdə ordu quruculuğundan və nizamlı, məharətli Azərbaycan əsgərindən söhbət açıb:  “Ali baş komandanın başçılığı altında ordu quruculuğu sahəsində öz səylərini daha da artıran,  Azərbaycan silahlı qüvvələrini ən müasir texnika ilə təsis edərək, möhkəm nizami, nizam-intizamlı,  yüksək döyüş qabiliyyəti  ilə seçilən, düşmənə zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşuq. Aprel döyüşləri bunun bariz nümunəsidir.Belə oğulların qəhrəmanlığı sayəsində aprel döyüşləri tarixin şanlı səhifəsinə çevrilib”.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ordudan təxris olunan əsgərləri təbrik edib, yeni hərbi xidmətə getməyə hazırlaşan gənclərə isə uğurlu yollar arzulayıb. O,  bildirib ki, ulu öndər daima hərbiyə diqqət ayırıb və bu gün bu siyasət ölkə rəhbəri  tərəfindən uğurla davam etdirilir: “Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan əsgərləri öz doğma torpaqları uğrunda canlarından keçməyə hazırdırlar”.

Şəhər Veteranlar Şurasının sədr  müavini Tahir Məmmədov, Qarabağ əlili Əliağa Bəndəliyev də fikirlərini bölüşüblər. Silahlı Qüvvələrdən təxris edilmiş və 3-cü dərəcəli döş nişanı ilə təltif olunmuş əsgər Rövşən Zenalov  Azərbaycan şəhidlərinin qarşısında baş əydiyini deyib: “Biz onların dəfnində ağlasaq da, qəhrəmanlıqları ilə qürur duyurduq. Daima Azərbaycan vətəndaşı olaraq ali baş komandanın ətrafında sıx birləşməyə və torpaqlarımızın müdafiəsində, düşməndən azad olunmasında yaşından asılı olmayaraq döyüşməyə hazırıq.”

Şərhlər bağlıdır.