Bağçada artıq uşaq?
Valideynlər bildirdilər ki, övladları 2, 3, hətta 4 ildir ki, 12 saylı bağçaya gəlir, amma indiyədək onların rəsmi qeydiyyatı aparılmayıb
Körpələrin yatmağa yeri, yemek yeməyə boşqabları yox. 1 çarpayıda 2-3 körpə yatır. Bağçaya gələn körpələrin əksəriyyətinin adı jurnala salınmayıb. Belə ki, norma 110 olduğu halda, bu bağçada 204 uşaq var. Bu vəziyyət 12 saylı sanatoriya tipli “Şəfa” körpələr evində aşkarlanıb. Mövcud problemlə daha yaxından maraqlanmaq üçün 10 oktyabr 2012-ci ildə Mingəçevir şəhər İcra jakimiyəti başçısının müavini Ramiz Əliyev həmin bağçada olub.
Valideynlər bildirdilər ki, övladları 2, 3, hətta 4 ildir ki, 12 saylı bağçaya gəlir, amma indiyədək onların rəsmi qeydiyyatı aparılmayıb..
“Mənim körpəm qeydiyyata alınmırsa, demək nəzarət zəifdir”,-deyən valideyn nə üçün aldadıldığını soruşdu. Digər valideyn xəstə uşağını başqa bağçalarda götürmədiklərindən məcburiyət qarşısında bura üz tutduğunu bildirdi. Aynur xanim yaşadığı evin yaxınlığındakı 5 saylı bağçada yaxşı şərait olmadığına görə övladını bu bağçaya gətirdiyini açıqladı. Digər valideyn 2 ay bundan qabaq gələn uşağın adının siyahıda olduğunu, amma iki il ərzində bu bağçaya gələn nəvəsinin adına rast gəlmədiyindən şikayətləndi.
Ramiz Əliyev bu bağçanın sanatoriya tipli olduğunu dedi və bildirdi ki, burada qrupları artırmaq üçün Səhiyyə Nazirliyindən icazə alınmalıdır: “Bura bir növ qüsurlu uşaqları qəbul etmək lazımdır. Sanatoriya 25 %-ə qədər sağlam uşaqları qəbul edə bilər”.
O, 110 nəfər uşağın yeməyinin 204 nəfər arasında bölündüyünü, bunun da valideynlərin narazılığına səbəb olduğunu da diqqətə çatdırdı. Hazırda uşaqların yemək pulunun yüksək səviyyədə olmadığını söylədi və bildirdi ki, yanvar ayından bu qiymətlər 1 manatdan yuxarı olacaq: “Bilirsiniz ki, bağçalar artıq İcra Hakimiyyətinin balansına verilib. İcra başçısı da çalışır ki, qiymətlər daha yüksək olsun. O, istəyir ki, şəhərdə bağçaların səviyyəsi daha yaxşı olsun”..
Bir neçə bağçada belə vəziyyətin olduğunu vurğulayan müavin bildirdi ki, bundan sonra bağçalara nəzarət daha ciddi və sərt olacaq. Onu da qeyd etdi ki, 2013-cü ildə bütün bağçaların yerləşdiyi binalarda əsaslı təmirə başlanacaq..
Belə qərara alındı ki, iyun-avqust aylarında bağçaya götürülən uşaqlar siyahıya alınsın və onlar may ayında bağça ilə vidalaşacaq 40 uşağın yerinə qəbul olunsun.
Təhsil Şöbəsinin metodisti Sevda Rəhimova qəzetimizə verdiyi müsahibəsində bildirdi ki, məsələni Təhsil şöbəsi qaldırıb. “Əvvəllər bir-iki uşaq artıq olurdı, amma bu ilki səviyyədə ilk dəfədi. Bu bağçada 6 aydan bir uşaq dəyişir. Poliklinikadan həkim bunları 6 aydan bir çıxarır. Lakin həmin uşaqlar bu bağçdan çıxarılmayıb. Sənədləşmə ilə yeni uşaqlar götürülüb”,-deyən metodist günahı uşaqları qəbul edən müdirdə gördü və əlavə etdi ki, əvvəllər siyahı Təhsil şöbəsində aparılırdı: “Maliyyə Nazirliyinin ötən ilki yoxlamasından sonra növbə ləğv olundu. Növbə ilə olanda belə hallar yaşanmırdı. Belə ki, çıxan uşaqları çıxarırdılar və valideyn də bilirid ki, onun uşağı çıxıb: Gərək müdriyyət çıxan uşaqların valideynlərinə bildirəydi ki, bu uşaqlar bağçadan çıxıb. Bir də ki, bu bağça 24 saatlıq bağçadı. Bura kontakt, viraj və vərəm tipli uşaqlar üçündür. Bunu valideynlər gərək başa düşələr”.
Məlumat üçün bildirək ki, bağçanın əvvəlki müdiri Güllü Ramazanova olub və o, azırda təqaüddədir. Onun yerinə hazırda Zemfira xanım çalışır.
Elnarə
Şərhlər bağlıdır.