Bələdiyyə

Bələdiyyədə “İslam həmrəyliyi zamanın tələbidir” mövzusunda tədbir keçirilib

Mingəçevir Bələdiyyəsi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam həmrəyliyi zamanın tələbidir” mövzusunda tədbir keçirilib

Bələdiyyə sədri Coşqun Abdullayev bildirib ki, Prezident İlham Əliyev tərəfindən  2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır: “Bu, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir”.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə aparıcı məsləhətçisi Əlisa Fərəcov “İslam  həmrəyliyinin  təbliğində  dini qurumların  rolu”, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “İslam  həmrəyliyi  insanları  barışa  səsləyir”, yerli bələdiyyənin komissiya sədri, ŞİHB yanında Dini işlər üzrə komissiyanın üzvü Zahid Qasımlı “İslam  həmrəyliyi  beynəlxalq  kontekstdə  ikili  standartlara  qarşı” və “Mənəvi Saflıq” Vətəndaş Maarifçiliyi Fondunun sədri Əhməd Məmmədov “İslam  həmrəyliyi  din  və  məzhəb  ayrı-seçkiliyinə  qarşı” mövzularında çıxış ediblər.

Şəhərdə fəaliyyət göstərən məscidlərin axund və imamları, din xadimləri, dini icma və bələdiyyə üzvləri mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.

Daha çox

Oxşar yazılar

Close