Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Həmkarlar təşkilatı bir illik fəaliyyəti barədə hesabat verdi

Aprelin 28-də Dövlət İdarələri və İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Mingəçevir  Komitəsinin  hesabat yığıncağı keçirilib.  Komitənin sədri Ülviyyə Vəliyeva  təşkilatın son bir ildəki fəaliyyəti  barədə məlumat verib, Şəhər Komitəsinin işinə kömək göstərən  İcra Hakimiyyəti başçısı Niyazi Bayramova və ilk təşkilatların rəhbərlərinə  təşəkkürünü bildirib.

Komitə sədri vurğulayıb ki, təşkilat ulu öndər Heydər Əliyevin vaxtilə qarşıya qoyduğu vəzifələri yerinə yetirərək, əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilib, onların iş şəraitinin yaxşılaşdırılması, əməyinin təşkili, iqtisadi hüquqlarının qorunması, sosial müdafiə problemlərinin  həll edilməsi yolunda böyük əzmlə çalışıb: “Son illərdə Azərbaycanın regionlarında böyük quruculuq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla həyata keçirilir. Şəhərimiz də  bu prosesdən  geri qalmamışdır. Təməltökmə mərasimində  Prezidenti İlham Əliyevin  iştirak etdiyi Sənaye Parkının, eyni zamanda “Asan həyat”ın ilin sonuna  qədər işə salınması nəzərdə tutulub.  Bütün bunlar isə şəhərimizdə işsizliyin aradan qaldırılmasına öz töhfəsini verəcəkdir”.

Həmkarların  üzvlərindən  Rizvan Mikayıllı,  Rza İsmayılov,  Ceyhun İsmayılov,  Mingəçevir  İcra Hakimiyyəti başçısının birinci müavini  İlham İsmayılov  təşkilatın  il  ərzində gördüyü işlərdən danışıblar.  Komitənin fəliyyəti  qənaətbəxş hesab edilib. Bundan sonra DİİXİ Hİ Respublika Komitəsinin  VI qurultayına nümayəndələr seçilib.

Hesabatda DİİXHİ Respublika Komitəsinin məsul işçisi Rahila Babayeva iştirak edib.

Şərhlər bağlıdır.