AzərbaycanCəmiyyət

Azərbaycanda açıq havada maskanın taxılması tələbi ləğv olunur

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində əhaliyə şad xəbər verildi

Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur.

Marja xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib.

Onun sözlərinə görə, eyni zamanda Mayın 31-dən metro açılır. 

Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti də  bərpa edilir.

İyunun 10-dan etibarən ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək.

Həmçinin İyunun 10-dan ibadət yerlərinin fəaliyyəti bərpa olunacaq.

10 iyun tarixindən idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək.

Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.

Prezidentin köməkçisi bildirib ki, iki doza vurulanlara vaksin sertifikatı veriləcək: “İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitləşib, gündəlik yoluxmalar azalıb”.

Ləğv olunan qadağaların tam siyahısı

31 may 2021-ci il tarixindən etibarən

– Açıq havada maska məcburiyyəti ləğv edilir;

– Bakı Metropoliteni açılır;

– Rayonlar və şəhərlərarası marşrut avtobuslarının fəaliyyəti bərpa edilir.

10 iyun 2021-ci il tarixindən etibarən

– İbadət yerləri, məscidlər açılır;

– İdman zalları fəaliyyətə başlayır;

– Çimərliklər açılır;

– “Mall”ar (iri ticarət mərkəzləri) açılır.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close