Hadisə

Naftalanda avtomobil dərəyə aşıb

Müxtəlif bədən xəsarətləri alan 1990-cı il təvəllüdlü sürücü Orxan Nuriyev xəstəxanaya yerləşdirilib

Naftalanda avtomobil dərəyə aşıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərdən Qaşaltı kəndinə gedən yolda idarəetmədən çıxan “Mercedes” markalı avtomobil aşaraq yol kənarındakı dərəyə düşüb. Müxtəlif bədən xəsarətləri alan 1990-cı il təvəllüdlü sürücü Orxan Nuriyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox

Oxşar yazılar

Close