Azərbaycan mədəniyyəti Koreya Respublikasında yüksək səviyyədə təbliğ olunur
Bu sözləri Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) XI Yay Forumunda iştirak edən Koreya Respublikasında təhsil almış Aysel Nəbivi AZƏRTAC-a müsahibəsində demişdir.
Diqqətə çatdırmışdır ki, ASAIF tərəfindən il ərzində Koreya Respublikasında Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, eləcə də Xocalı faciəsi barədə həqiqətlərin Koreya ictimaiyyətinə çatdırılması istiqamətində işlər aparılır.
Vurğulamışdır ki, ölkəmizdəki təhsil müəssisələrində işləyən professor-müəllim heyəti tələbələrə daha keyfiyyətli təhsil vermək məqsədi ilə xaricdə təcrübələrini artırmalıdırlar.
Şərhlər bağlıdır.