Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rektor Şahin Bayramovun Konstitusiya Günü təbriki!

103

Mingəçevor Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Əziz tələbələr, magistrantlar və məzunlar!

12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür!

Bu əlamətdar gün münasibətilə hər birinizi ürəkdən təbrik edirəm.

Ümummilli Liderimizin birbaşa rəhbərliyi ilə 1995-ci ildə hazırlanmış müstəqil Azərbaycanın ilk Konsitusiyası ali qanunumuzdur.

Sevinirik ki, bu il Konstitusiya Gününü Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin sayəsində ərazi bütövlüyümüzün təmin olunması şəraitində qeyd edirik.

İnanırıq ki, Konstitusiyamızda təsbit olunmuş demokratik, hüquqi və dünyəvi dəyərlər əsasında qurulan müstəqil Azərbaycan bundan sonra daha sürətlə inkişaf edəcəkdir.

Konstitusiya Gününüz mübarək olsun!

Şərhlər bağlıdır.