Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağın hər qarışı yenidən Azərbaycan olacaq

Azərbaycanın Ermənstan üzərində qələbəsindən sonra sosial şəbəkələrdə uğurlarımıza şübhə toxumu səpən fikirlər də paylaşılır: “Rusiya ordusunun “sülhməramlı” adı ilə olsa da, ölkəmizə qayıdışı milli maraqlarımıza ziddir!”

Təbii ki, bu davanı axıra qədər başa çatdırmaq, Xankəndi və ətrafındakı ərazilərə də dərhal nəzarət etmək arzu olunan idi.  Amma unuduruq ki, biz böyük güclərin etirazları qarşısında 44 gün müharibə apara bildik. Dörd il əvvəlki aprel döyüşlərində cəmi 4 gün ərzində düşmənə həmlələr etməyə icazə verildiyini bəlkə unutmuşuq?

Gəlin, ikibaşlı oyun sərgiləyən Rusiyanın, başı seçkilərə qatışan Amerikanın, hələ Avropadakı gücləri demirik, dünyanın gərdişinə nə dərəcədə təsirini müzakirə edək. Kiçik bir ölkənin onların maraqları və siyasətləri qarşısında arzu elədiyi hər şeyə nail olması mümkünmü? Nə tez unuduruq Ukraynanın, Moldovanın, ən yaxın qonşumuz olan Gürcüstanın başına gələnləri, yaxud Yaxın Şərqdə baş verənləri? Bu gün müzəffər ordumuzun, ən başlıcası isə mərmilərin altında yaşayan Gəncə, Tərtər, Bərdə, Goranboy və digər bölgə sakinlərinin, bir üzü ağlayan, bir üzü gülən xalqımızın səyləri bahasına əldə edilənlərə kölgə salmaq olmaz. Klaviatura arxasında oturub, kiminsə əməllərini tənqid etmək asandır, amma özünü onun yerində qoyub, hərəkət etmək, qərar vermək elə də rahat deyil.

Tutaq ki, biz Rusiya sülhməramlılarının Qarabağa girməsinə razı olmadıq, nə baş verəcəkdi? Əgər Rusiya ordusu heç bir müqavilə imzalamadan Azərbaycana girsəydi, nə edəcəkdik?  Əslində son anda Rusiyaya məxsus helikopterin radarlarda görünmədiyinə görə Azərbaycan tərəfindən vurulması Rusiyanın müharibəyə başlaması üçün bəhanə deyildimi? Son günlər Zəngilan ətrafında rus hərbi birləşmələrinin toplanması azad olunmuş ərazilərimizin bu dəfə ruslar tərəfindən işğalına hesablanmışdı. Son 27 il ərzində BMT qətnamələrini yerinə yetirməyən, hətta sentyabrın 27-dən bəri dəfələrlə müharibənin dayandıırılmasını tələb edən dünya birliyi bu halda bizi müdafiə edəcəkdirmi? “Bu 44 gün ərzində mənə nə qədər zənglər oldu, nə qədər siqnallar göndərildi ki, dayanın, dayanın. Deyirdim ki, şərt qoyuram düşmən qarşısında, çıxsın torpaqlarımızdan biz dayanaq. Bəyanat versin ki, çıxıram, biz dayanaq. Cədvəl versin, tarix versin, biz dayanaq. Amma düşmən hesab edirdi ki, bizim uğurlu hücumumuzun qarşısını ala bilər” (İlham Əliyev).

Etiraf edək ki, Türkiyənin dəstəyinə, hər an yanımızda olmasına görə xeyli irəli gedə bildik. Üstəlik, aktiv oyuna qatmaqla həm onun regionda gücünü zəiflətmək, həm də təkcə Qarabağı deyil, bütünlüklə Azərbaycanı poliqona çevirmək istəyən böyük qüvvələrin niyyətlərinin gerçəkləşməsinə imkan vermədik.

Əksəriyyət ötən ay yarımda dünyanın aparıcı KİV-lərinə Azərbaycan həqiqətlərini var gücü ilə çatdırmağa çalışan Prezidentin müsahibələrini izləyib. Uzun illər boyu dünyanın müxtəlif qütblərində oturan və ağ yalanlarını həqiqət kimi sırımağa çalışan erməni diasporuna qarşı ölkə başçısı sanki təkbaşına döyüşürdü. Məkrli, qərəzli suallara birbaşa, məntiqli cavabları vermək hər siyasətçinin bacaracağı iş deyil. Biz Ermənistanın baş nazirinin ciddi suallar qarşısında necə gülünc vəziyyətə düşdüyünü müşahidə etdik. Eyni zamanda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin hər yerdə olduğunu, raket zərbələrindən dağılan Gəncə və Mingəçevirə, Tərtər və Bərdəyə xarici ölkə səfirlərini, hərbi attaşeləri gətirdiyini görürdük. Yəni indiyə qədər susmusunuz, özünüz bilərsiniz, amma gəlin, görün düşmən bizim dinc əhaliyə, yaşayış evlərinə, qeyri hərbi obyektlərə qarşı hansı vəhşilikləri törədib. Yeri gəlmişkən, Baş Prokurorluğun xəttilə mülki zərərlər barədə dərhal araşdırmalara başlanması və ictimaiyyətin mütəmadi məlumatlandırılması da çox doğru addım idi. Birinci Qarabağ savaşında bu addımları atmadığımızdan sonradan faktları məhkəmə müstəvisində sübut etmək, Ermənistandan təzminat tələb etmək imkan xaricində oldu.

Bu qələbəni bizə əsgərlərimiz qanı bahasına qazandırıb. Əgər noyabrın 10-dan atəşkəsə nail olmasaydıq, kim bilir bu ədalətsiz dünyada qazandıqlarımızı itirə də bilərdik. Amma indi Kəlbəcər, Ağdam və Laçını qan tökmədən, şəhid vermədən qaytarmaq şansımız yarandı Burada (sosial şəbəkədə) işğal altında qalan ərazilərimizdən düşməni  çıxartmaq çox rahatdır.  Orada (döyüş meydanında) isə hər qarış torpağımızı, xüsusən Kəlbəcər kimi mürəkkəb relyefi olan bölgəni fahişə donuzlardan təmizləmək sizə asan gəlməsin. Razılaşmaya əsasən, rayonları nəzərdə tutulan vaxt cədvəli üzrə rus sülhməramlıları boşaldıb bizə təhvil verəcəklər. Yəni dünənədək Ermənistana havadarlıq edən bir ölkənin hərbçiləri indi erməniləri Kəlbəcərdən, Laçından çıxarırlar. Yəni prosesə başlanıb və davamlı olacağına inanmaq istəyirik.

O ki qaldı Dağlıq Qarabağda ermənilərin yaşamasına və idarə olunmasına, bu da həllini tapacaq. Türk qardaşlarımızın müşahidə missiyası ilə bölgəyə gəlişi belə bir fikri deməyə əsas verir ki, daha ərazilərimiz erməni silahlı birləşmələri üçün açıq meydan olmayacaq. Kim bizim ölkənin qanunları ilə başını aşağı salıb, yaşamaq istəyəcəkcə (söhbət həmin ərazilərin keçmiş erməni sakinlərindən gedir), buyursun. Amma biz də ayıq-sayıq olmalıyıq, arxayınçılığa yol verməməliyik.

Müharibə başlanandan siyasi əqidəsindən asılı olmayaraq, xalqımız yumruğa çevrildi: “Hər şey Vətən üçün, Hər şey Qələbə üçün!” Şəhid oğlunu, şəhid ərini çiynində son mənzilə aparan ana və bacılarımız sınmadı, qisaslarının alınacağına inandı. İndi qəhrəman şəhidlərimizin ruhları isinib, çünki Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa artıq azaddır, Xankəndi başda olmaqla Dağlıq Qarabağda yerləşən digər bölgələrimizə də ayağımız dəyəcəyi, nəfəsimiz yetəcəyi gün uzaqda deyil.

Bu gün düşmən təbliğatı gecə-gündüz çalışır ki, bizi  içimizdən parçalasın. Elə müharibə gedən günlərdə də buna səy göstərirdi. Amma zaman bizim xeyrimizə işlədi, büdrəsək də yıxılmayan xalq olduğumuzu dünyaya nümayiş etdirdi. Ayrıldığımız kimi birləşməyi də bacarırıq. Və bizim birliyimizi görən düşmən özünü içindən dağıdır.

Artıq işğal günlərinin üstündən xətt çəkirik. İndidən sonra ancaq QƏLƏBƏ GÜNLƏRİMİZ olacaq.

Şərhlər bağlıdır.