Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda ilk dəfə “1-ci Korporativ Sosial Satınalmalar Sərgisi” baş tutub

Sərgiyə 30-a yaxın sosial sahibkarlıq müəssisəsi, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro və kiçik sahibkarlıq subyektinin və 20-dən çox top korporativ şirkət, təşkilatın və səfirliklərin nümayəndələri qatılıb

Bakı Gənclər Mərkəzində, “Dəstəkçi” – Sosial Sahibkarlıq Platformasının təşkilatçılığı ilə ölkədə ilk dəfə  “1-ci Korporativ Sosial Satınalmalar Sərgisi” baş tutub.

1-ci Korporativ Sosial Satınalmalar Sərgisi (KSSS) – Azərbaycanda fəaliyyət göstərən sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təqdim edən mikro,kiçik və orta sahibkarlıq subyektləri ilə onların məhsul və xidmətlərini almağa maraqlı, öz satınalma zəncirinə daha dayanıqlı məhsullar daxil etmək istəyən və həmçinin öz korporativ sosial məsuliyyət  fəaliyyətlərinin effektiviyini daha da artırmaq istəyən orta və böyük şirkətləri bir araya gətirən tədbirdir.

Ölkəmizdə ilk dəfə baş tutan bu sərgidə qida, tekstil, təhsil – şəxsi inkişaf,  kosmetika,  dekorasiya, dizayn, məşğulluq, sosial həssas qrupların reabilitasiyası və digər sahələri əhatə edən, 30-a yaxın  sosial sahibkarlıq müəssisəsi, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro və kiçik sahibkarlıq subyektinin və 20-dən çox top korporativ şirkət, təşkilat, səfirliyin nümayəndələri iştirak edib.

Sərginin məqsədi sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro,kiçik və orta sahibkarlıq subyektləri ilə özəl sektor orta və böyük bizneslərləri arasında əməkdaşlığın qurulmasını təşviq etmək və özəl sektor biznesləri arasında sosialsatınalma mədəniyyətini yaratmaq və təşviq etmək, həmçinin özəl sektor korporativ sosial  məsuliyyət faəliyyətlərinin effektivliyinin artırılmasıdır.

Sərginin birinci-forum hissəsində Global Shapers Baku Hub, İmpact Officer Günay xanım Muxtarova iştirakçılara “Yeni Nəsil Sahibkarlıq: Sosial Sahibkarlıq” mövzusunda   təqdimat edib. Daha sonra “Dəstəkçi” – Sosial Sahibkarlıq Platformasının təsisçisi və icraçı direktoru Etibar Xıdırov “Korporativ Sosial Satınalmalar”ın əhəmiyyəti  barədə info-sessiya keçirib.

Sərginin ikinci hissəsində orta və böyük korporativ şirkətlərin, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri sərgi iştirakçısı sosial sahibkarlıq, eko, etik və organik məhsul və xidmətlər təklif edən  mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətləri ilə tanış olublar.

Şərhlər bağlıdır.