Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“ASAN Xidmət”in səyyar avtobusu Mingəçevirə gəlib

Şəhər sakini Xurşud Abdullayevanın dediyinə görə, evini oğluna bağışlamaq istəyir: “Ona görə də gəldim. Çox sağ olsunlar, yaxşı qəbul elədilər. İndi sənədlərimi hazırlayırlar”.

Həcər Həsənova isə şəxsiyyət vəsiqəsini almaq üçün “Asan xidmət”ə müraciət edib: “Çox asan oldu. Düzəltdik, indi də gedirik”.

“ASAN Xidmət”in təşkili şöbəsinin baş məsləhətçisi Səxavət Məmmədovun dediyinə görə, 2 həftə ərzində Mingəçevirdə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlər təqdim olunur: “Mingəçevir şəhərinin və ətraf rayonların sakinlərinə bildiririk ki, ətraf rayonların sakinləri ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana bilərlər. Vətəndaşların qısa vaxtda, şəffaf surətdə, əlavə xərcə və vaxt itkisinə uğramadan daha asan surətdə işlərini həll etmək,  insanlara kömək etmək üçün sentyabr ayının 8–dək  burdayıq”.

Şərhlər bağlıdır.